Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə19/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Qaydalar modeli
Qaydalar modeli – biliklərin aşağıdakı tip cümlələr formasında təqdimatını təmin edən modellərdir; Əgər (şərt), onda (hərəkət, təsvir, nəticə). Burada şərt müəyyən tipik cümlələr əsasında bilik bazasında axtarış, hərəkət isə müəyyən şərtin optimal cavabını ödəyən nəticədr. Əksər hallarda şərt optimal hərəkətlə birbaşa bağlı olur, bəzən də hazır hərəkət (nəticə) şərti təyin edir. Məs, tələbə dərsə gələrsə onda evə tapşırıq alır, yaxud dərsi öyrənir. Burada şərt hərəkətlə birbaşa bağlıdır. Tələbə şöbəsində sənədlər komplektləşdirilir, sistemləşdirilir, mühafizə və istifadə olunur cümləsində nəticə şərti (əgər texnikumdursa...) təyin edilir.
Qaydalar modelinin reallaşdırmaqçün bir sıra proqram vasitələri vardır.
Semantika simvol və işarələrin mənasını, mahiyyətini öyrənən dilçilik sahəsidir. Biliklər bazaları baxımından semantik şəbəkəyə qrafik kimi baxılsa onun zirvəsi anlayışları, yan tilləri isə həmin anlayışlar arasındakı münasibətləri ifadə edir. Adətən, anlayışlar mücərrəd və ya konkret obyektləri mənalandırır, münasibətlər isə müxtəlif olur. Məs, “bu” “hissəsidir”, “məxsusdur” və s.
Nümunə üçün aşağıdakı anlayışlar üzrə semantik şəbəkə quraq: səxs, Əlizadə, voleybol komandası, Xəzər, idman növü, qol.


Freym modelləri
Freym (ing. – frame-karkas, çərçivə) bilik strukturu kimi məkan mənzərələrini qavramaq üçün vasitədir. Semantik şəbəkə kimi onun da dərin psixoloji əsasları mövcuddur. Freym dedikdə mücərrəd obraz, yaxud situasiya başa düşülür. Məs. texnikum dedikdə tələbə, müəllimlər, şöbələr, bina, texniki və kommunikasiya qurğuları, kitabxana və s.. Bu təsvirdən heç nəyi çıxarmaq olmaz. Məs. “tələbə” olmadıqda, bu artıq texnikum deyil. Eləcə də, “kitabxana” dedikdə fond, kataloqlar, bina, texniki və kommunikasiya qurğuları, kitabxana işçiləri, oxucular və s başa düşülür. Bu təsvirdə “kataloqlar” olmadıqda bu artıq kitabxana deyil, kitab anbarıdır. Lakin hər iki misalda pəncərə, tavan, döşəmə və s. atributlar da çoxdur. Freym nəzəriyyəsində belə tamelementli obrazlar freymlər adlanır. Freym həm də obrazı əks etdirən formallaşdırılmış modeldir.
Freym modelləri dünyəvi bilikləri əhatə etmək baxımından kifayət qədər universallığa malikdir. Bunun üçün freym şəbəkələrində biliklərin təqdimatının xüsusi dilləri işlənmişdir. Hazırda FRL (Frame Represeation Language), ANALYST, MODIS adlı dillər geniş istifadə edilir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin