Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


DATA MINING konsepsiyasının informasiya texnologiyaları bazarında yeri



Yüklə 1,02 Mb.
səhifə35/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

DATA MINING konsepsiyasının informasiya texnologiyaları bazarında yeri
DATA MINING texnologiyası çoxfənli sahə olduğu ücün onun yaradılması və tətbiqi üçün müxtəlif sahələrdən mütəxəssisləri cəlb etmək və onların qarşılıqlı əlaqəsini təmin etmək lazımdır.
DATA MINING texnologiyasının səmərəli tətbiqi verilənlərin hazırlanmasının (ilkin emalının) keyfiyyətindən cox asılıdır. Analitiklərin fikrinə görə, verilənlərin hazırlanması bütünlüklə DATA MINING prosesinin 80%-ni təşkil edir. Modelin seçilməsi və ona düzəlişlər edilməsi də müəyyən vaxt və maliyyə sərfləri tələb edir. Proqram təminatının hazırlanmasına isə ayrıca bir proses kimi baxılır və ona sərf olunan vaxt və maliyyə də ayrıca hesablanır. Bütün bu sərflərə baxmayaraq, DATA MINING vasitəsilə əldə edilən qiymətli informasiya idarəetmənin keyfiyyətini yüksəltməklə, müəssisəyə böyük maliyyə dividenti gətirə bilər və onu rəqabətə davamlı edə bilər.

DATA MINING-in verilənlərin analizinin digər metodlarından fərqi
Verilənlərin ənənəvi analiz metodları (statistik metodlar) və OLAP əsasən əvvəlcədən formalaşmış hipotezlərin yoxlanmasına yönəlirlər. DATA MINING-in əsas müddəalarından biri isə görünməyən qanunauyğunluqların axtarışına yönəlir. DATA MINING-in instrumental vasitələri bu cür qanunauyğunluqları sərbəst tapa bilir və qarşılıqlı asılılıqlar haqqında sərbəst hipotezlər qura bilirlər. Asılılıqlar baxımından hipotezlərin formalaşdırılması çox mürəkkəb məsələ olduğundan, DATA MINING-in digər analiz metodlarından üstünlüyü şübhəsizdir.
Statistik metodların əksəriyyətində qarşılıqlı əlaqələri üzə çıxarmaq ücün mövcud olmayan kəmiyyətlər üzərində əməliyyat aparmaqla orta qiymət konsepsiyasından istifadə edilir. DATA MINING isə real qiymətlərlə əməliyyat aparır. OLAP retrospektiv verilənlərin təfsiri ücün daha yararlıdır, DATA MINING isə retrospektiv verilənlər əsasında gələçək haqqında suallara çavab verir.
DATA MINING konsepsiyasının gələcək inkişaf istiqamətləri artıq müəyyənləşdirilmişdir. Bunlardan əsasları aşağıdakılardır:
-DATA MINING əsasında təkcə verilənlərdən qanunauyğunluqların üzə çıxarılması deyil, həm də emprik verilənlərə əsaslanan nəzəriyyələrin formalaşdırılması da mümkün olaçaq;
-DATA MINING-in instrumental vasitələrinin imkanlarının nəzəriyyədən geriləməsinin aradan qaldırılması;
-konkret tətbiq sahələrində DATA MINING məsələlərinin həllinin avtomatlaşdırılması ücün formal dillərin və məntiqi vasitələrin yaradılması.
DATA MINING texnologiyasının inkişafı əsasən bizneslə əlaqəli sahələrə yönəldilir. Yaxın gələcəkdə DATA MINING məhsulları elektron poçtu kimi adi və gərəkli vasitəyə cevriləcəklər, məsələn, onlardan müxtəlif malların və ya biletlərin ən ucuz qiymətini, müxtəlif xəstəliklərin müalicəsinin yeni növlərini və s. axtarıb tapmaq ücün istifadə ediləçək.
Aşağıdakı xüsusiyyətlərə malik olan sahələrdə DATA MINING-in tətbiqi daha səmərəli ola bilər:
- biliklərə əsaslanan qərarların qəbulu;
- əhatə mühitinin dəyişən olması:
- kifayət qədər verilənlərin olması;
-düzgün qərarlardan yüksək dividentlərin əldə edilməsi.
DATA MINING texnologiyası daima inkişaf edir, həm elmi cəhətdən, həm də biznesdə yeni texnologiyaların tətbiqi baxımından böyük diqqət çəlb edir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin