Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Biliklərin əldə edilməsinin nəzəri aspektləri



Yüklə 1,02 Mb.
səhifə9/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Biliklərin əldə edilməsinin nəzəri aspektləri
İntellektual informasiya texnologiyalarının yaradılmasının mərkəzi problemi mütəxəssis biliyinin kompüter yaddaşında adekvat əks etdirilməsindən ibarətdir. Bu, informatikada yeni istiqamətin – bilik mühəndisliyinin yaranmasına səbəb olmuşdur.
Bilik mühəndisliyi insan biliyi ilə həmin biliyin kompüter yaddaşında formallaşdırılmış təsvirinin nisbətini təyin edir. Yəni bilik mühəndisliyi insan biliyinin nə qədərinin nə dərəcədə formallaşdırıla biləcəyi sərhədləri təyin etməklə məşğuldur. Bilik mühəndisliyi bilik əldə edilməsi ilə bağlı sualları öyrənir, hazırlayır, təhlil edir və intellektual sistemdə reallaşdırır.

Biliklərin əldə edilməsi strategiyası
Biliklərin əldə edilməsinin bir-neçə strategiyası mövcuddur.
Ən geniş yayılan strategiyalar aşağıdakılardır:
-biliklərə yiyələnmə;
-bilikləri ələ keçirmə;
bilikləri formalaşdırma.
Biliklərə yiyələnmə dedikdə, biliklərin strukturu əvvəlcədən daxil edilmiş xüsusi proqramın köməyi ilə ekspertlə dialoq aparmaq yolu ilə BB-nin avtomatlaşdırılmış qaydada yaradılması nəzərdə tutulur. Bu strategiya predmet oblastının əvvəlcədən hərtərəfli öyrənilməsini tələb edir.
Biliklərin ələ keçirilməsi dedikdə, ekspertin bilik mənbəyi ilə qarşılıqlı fəaliyyəti prosedurudur ki, bunun da nəticəsində qərar qəbulu zamanı predmet oblastı barədə mütəxəssis təsəvvürünün quruluşu əyaniləşir.
Biliklərin formalaşdırılması dedikdə, bilik əldə edilməsi üçün verilənlərin təhlili modellərinin, metodlarının və alqoritmlərinin işlənib hazırlanması ilə məşğul olan bilik mühəndisliyi sahəsi nəzərdə tutulur.
Beləliklə, biliklərə yiyələnmə və formalaşdırma strategiyaları kompüter tətbiqi ilə bağlı olan strategiyalardır. Bilikləri ələ keçirmə strategiyasında kompüter iştirak etmir.
Ekspert sistemlərinin yaradılmasının ən zəif yeri bilikləri ələ keçirmə prosesidir.
Bilikləri ələ keçirmə prosesi uzun və böyük zəhmət tələb edən prosedurdur. Bu prosesdə sistem təhlili, koqnitiv psixologiya, riyazi məntiq və s. kimi xüsusi biliyə malik mühəndis predmet oblastının elə modelini qurmalıdır ki, həmin model qərar qəbulu üçün ekspertin istifadə etdiyi modeli təkrarlaya bilsin.
Bəzən sual yaranır ki, bu işi ekspertin özünə tapşırmaq olmazmı?
Təcrübə göstərir ki, ekspertin biliyi o qədər mürəkkəb, çoxçalarlı, çoxqatlıdır ki, onun hansı hissəsinin daha vacib olduğunu ayırıb model qurmaq ekspert üçün həlli mümkün olmayan məsələyə çevrilir.
Biliklərin ələ keçirilməsi prosesinin təbiətini aydınlaşdırmaq üçün bu prosedurun psixoloji, linqvistik və qnoseoloji aspektlərini ayırmaq lazımdır.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin