Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 2 Verilənlərin intellektual təhlili



Yüklə 1,02 Mb.
səhifə5/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Mühazirə 2
Verilənlərin intellektual təhlili
Verilənlərin intellektual təhlili (VİT) və ya Data Mining termini VB-də biliklərin aşkarlanmasını təsvir etmək və verilənləri ayırmaq, tədqiq və emal etmək, təmizləmək və yığmaq üçün istifadə edilir. Zəruri proqram təminatı da bu VB-də saxlanır. Göstərilən əməllərin hamısı avtomatik icra edilir ki, bunun hesabına da hətta proqramçı olmayanlar da öz istədikləri nəticələri cəld ala bilirlər. Son istifadəçi sorğunu təbii dildə də verə bilir. Bu sorğu SQL dilinin köməyi ilə SQL formatına keçirilir. SQL formatlı sorğu şəbəkə vasitəsilə VB və ya verilən anbarını idarə edən VBİS-ə daxil olur. VBİS sorğuya cavabı tapıb geri qaytarır. İstifadəçi bu cavabdan istifadə edərək tələbata uyğun təqdimat hazırlayır.
Verilənlərin intellektual təhlili (VİT) metodları OLAP texnologiyası və verilən anbarının yaradılması texnologiyası ilə sıx bağlıdır. Buna görə də ən yaxşı variant bu texnologiyaları kompleks şəkildə tətbiq etməkdir.
Mövcud verilən anbarı idarəedici qərarın qəbuluna dəstək vermək üçün lazımi informasiyanı emal edib mütəxəssis üçün lazım olan formada verə bilən olmalıdır.
Qərar qəbul edən şəxslərin bilavasitə istifadə etməsi üçün yaradılan informasiya-analitik sistemlər çox zaman olduqca sadə və funksional cəhətdən məhdud olurlar. Belə statik sistemlər rəhbərin informasiya sistemi (RİS) adlanır. Statik sistemlərdən fərqli olaraq qərar qəbuluna dəstək verən dinamik sistemlər analitiklərin reqlamentləşdirilməmiş sorğularını işləmək üçün yaradılır. Bu sistemlər təkcə OLAP sahəsində deyil, həm də başqa sahələrdə işləyə bilir.
İdarəedici qərarlara dəstək sistemləri aşağıdakı 3 təməl sferada yaradıla bilir:
1. Detallaşdırılmış verilənlər sferası. Bu sahədə fəaliyyət göstərən sistemlər adətən informasiya axtarışına yönəldilir. Relyasiyalı VBİS-lər bu məsələlərin öhdəsindən əla gəlir. Bu halda manipulyasiya dili olaraq SQL-dən istifadə edilir.
2. Aqreqasiya edilmiş göstəricilər sferası. Verilənlər anbarında toplanmış informasiyaya kompleks baxış, onun ümumiləşdirilməsi, aqreqasiyası və çoxölçülü təhlili OLAP sisteminin məsələləridir. Burada həm xüsusi çoxölçülü VBİS-lərdən, həm də relyasiyalı VBİS-lərdən istifadə etmək mümkündür. Relyasiyalı VBİS-lərdən istifadə edərkən verilənlər ya əvvəlcədən VB-də ulduzşəkilli qaydada yığılmalıdır, ya da relyasiyalı VB-də detallaşdırılmış cədvəllərin oxunması prosesində aqreqasiya edilməlidir.
3. Qanunauyğunluqlar sferası. İntellektual emal verilənlərin intellektual təhlili metodları ilə həyata keçirilir və əsas məsələlər toplanmış informasiyada funksional və məntiqi qanunauyğunluqlar axtarışı, modellərin və qaydaların qurulmasıdır ki, bunların köməyi ilə tapılmış anomaliyalar izah edilir, bəzi proseslərin inkişafı proqnozlaşdırılır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin