Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Verilənlərin strukturu və verilən bazalarının idarəetmə sistemləri (VBİS)



Yüklə 1,02 Mb.
səhifə3/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Verilənlərin strukturu və verilən bazalarının idarəetmə sistemləri (VBİS)
Korporativ VB-lərin əksəriyyəti o dərəcədə mürəkkəbdir ki, işin səmərəli təşkili, informasiyanın etibarlı qorunması, adekvat interfeys formalaşdırılması olduqca çətinləşir. VBİS – VB-ni informasiya ilə zənginləşdirmək və modernləşdirmək, lazımsız, köhnəlmiş verilənləri VB-dən silmək, verilənlərlə manipulyasiya etmək, informasiyanı saxlamaq və axtarmaq üçün istifadə edilən proqram təminatı hissəsidir. VBİS modelləşdirmə dili ilə inteqrasiya edildikdə sistemin inkişaf etdirilməsinin tipik instrumentinə çevrilir ki, bu da qərar qəbuluna dəstək xidməti göstərən informasiya sisteminin işlənib hazırlanmasında istifadə edilir.
VB-də saxlanan çoxsaylı fərdi yazılar arasındakı münasibətlər müxtəlif məntiqi strukturların köməyi ilə ifadə edilir ki, bu strukturlar da verilənlərin konseptual modelləri adlanır. VBİS öz funksiyalarını icra edərkən konseptual modellərdən istifadə edir.
3 əsas konseptual modeldən: relyasiya modelindən, iyerarxik modeldən və şəbəkə modelindən istifadə edilir. Son dövrlərdə obyektyönümlü VB və multimediyalı VB kimi yeni modellər də geniş tətbiq tapmağa başlamışdır.
Qərar qəbuluna dəstək xidməti göstərən informasiya sistemləri adətən inteqrasiya edilmiş istehsalla bağlı olduğundan, son dərəcə mürəkkəb predmet oblastına malik olur ki, burada da şəkillər, mürəkkəb münasibətlər çoxluq təşkil edir. Nə iyerarxik, nə şəbəkə, nə də relyasiya modelləri belə VB-lərin öhdəsindən səmərəli gələ bilmir. Relyasiya bazasına müraciət üçün SQL dilindən istifadə etdikdə də səmərəli nəticə almaq çətindir.
Relyasiya, iyerarxik və şəbəkə bazaları hərf-rəqəm tiplidir. Halbuki çox hallarda qrafik təsvir tələb olunur. Verilənlərin obyektyönümlü idarə edilməsi obyektyönümlü proqramlaşdırma prinsiplərinə əsaslanır. Obyektyönümlü VB-li sistemlər obyektlər arasındakı təbii münasibətləri ön plana çəkir. Burada abstraksiya irsi iyerarxiyanın təyini üçün istifadə edilir.
Təsvir və təqdimatın sıxılmış formada olması adi kodları və prosedur kodlarını eyni obyektin içərisində saxlamağa imkan verir. Obyektyönümlü VBİS verilənləri obyekt kimi təyin edir. Bu halda hər bir verilənə müəyyən strukturu və davranışı ilə xarakterizə olunan obyekt kimi baxılır. Obyektlər iyerarxiyası dedikdə obyektlər sinfi və altsinifləri nəzərdə tutulur. Struktur və davranış obyektin daxilində saxlanır.
Obyektyönümlü VBİS xüsusilə son dərəcə mürəkkəb predmet oblastı üçün yaradılan qərar qəbuluna dəstək xidməti göstərən paylanmış informasiya sistemlərində daha faydalıdır.
Multimediyalı VBİS-lər standart mətn və ya ədədi sashələrə əlavə olaraq müxtəlif formatlı verilənləri idarə edir. Bu formatlara: rəqəmsal fotoşəkillər, kompüter qrafikası formaları, hipermətn obrazları, video-kliplər, səs, virtual gerçəklik (çoxölçülü obrazlar) və s. aiddir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin