Sadə foto çəkilişi - bir anlıq şəkildir. Belə şəkil insanın vəziyyəti və duruşu haqqında təsəvvür verir. Ancaq hərəkəti öyrənən zaman bir foto şəkil kifayət etmir. Mürəkkəb hərəkətləri qeyd etmək üçün kino və ya tsiklo çəkiliş lazımdır. Tsiklo çəkiliş adi fotoaparatla hərəkətsiz foto plastika üzərində olur.
Kino çəkilişi bir anlıq bir – birinin ardınca çəkilən ayrı – ayrı hərəkət anlarının bir neçə dəfə kinolentə kadrlar şəklində çəkilməsidir. Adətən bir saniyədə 24 kadr çəkilir.cəld hərəkətlərin öyrənilməsi üçün saniyədə 120 – 24 kadr çəkilir. Kino çəkilişin köməyi ilə fiziki məşğələlər icra olunmasını obyektiv və dəqiq surətdə qeyd etmək olar.