Mühazirə Biomexanika fənninin predmeti və üsulları


İnsan bədəni və onun hərəkətlərinin biomexaniki xüsusiyyətləri



Yüklə 159,4 Kb.
səhifə7/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

İnsan bədəni və onun hərəkətlərinin biomexaniki xüsusiyyətləri.

Məlumdur ki, insanın hərəkət aparatını sümüklər onların birləşmələri və hərəkət aparatının fəal hissəsi olan əzələlər təşkil edir. Bütün sümüklər oynaq, qığırdaq və ya birləşdirici toxuma vasitəsilə birləşib skleti təşkil edirlər. Sümüklərə birləşən əzələlər isə yığılıb – boşalmaları ilə istiqaməti və dartı qüvvəsini dəyişərək insanın bütövlükdə və onun ayrı – ayrı hissələrinin hərəkətinə səbəb olur. Beləliklə insanın hərəkət aparatının xüsusiyyətləri insan bədəninə mexaniki hərəkət obyekti və ya biomexaniki sistem kimi baxmağa mkan verir. Biomexaniki sistem, ümumi xüsusiyyətlərə malik olan bədən üzvlərinin, toxumaların bir – birilə birləşməsi deməkdir. Biomexaniki sistem, mexaniki hərəkət qanunlarının icrası, bu hərəkətlərin idarə olunması və həmin hərəkətlərdə iştirakı zamanı ümumi xüsusiyyətlərə malik olur. İnsan hərəkətlərini öyrənərkən onun bədəninin hərəki funksiyasının və mexaniki vəziyyətinin kəmiyyət göstəriciləri ölçülür. Başqa sözlə bədənin biomexaniki xarakteristikalarını (bədən proporsiyasını, kütlə bölgüsünü, oynaqlardakı mütəhərrikliyi və s.) və bütün bədənin və onun hissələrinin hərəkətini qeyd edirlər. Deməli, biomexaniki xüsusiyyət – biosistemin mexaniki vəziyyətininvə onun dəyişikliyinin ölçüsüdür.

İnsan bədəninin biomexaniki xüsusiyyətləri kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə bölünür. Kəmiyyət xüsusiyyətləri ölçülərdən hesablamalardan və ölçülərin bir – biri ilə əlaqələndirilməsindən asılıdır. Məsələn, sürət müəyyən məkanda cismin yerdəyişməsinin ölçüsüdür. Sürət, məkanı və vaxtı birləşdirir və



Düsturu ilə təyin edilir. Keyfiyyət xüsusiyyətləri yalnız sözlə təsvir olunur. Hərəkətin forması xarici görünüşü, gərginliyi, azadlığı, cəldliyi, səlisliyi və s. heç bir ölçü aparılmadan təsvir olunur. Keyfiyyət xüsusiyyətləri kinematik və dinamik xüsusiyyətlərə bölünür.



  1. Hərəkətin kinematik xüsusiyyətləri.

Kinematika hərəkətin məkan və vaxt ərzində dəyişikliklərini öyrənir. Lakin hərəkətin səbəblərinə toxunmur. Yalnız hərəkətin formasını və xarakterini (trayektoriyasını, istiqamətini, yolunu, sürətini, vaxtını təhlil edir). Kinematik xüsusiyyətlər 3 qrupa ayrılır: 1) məkan 2) vaxt 3) məkan – vaxt xüsusiyyətləri.


  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin