Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Əzələ təqəllüsünün mexanikası



Yüklə 159,4 Kb.
səhifə20/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Əzələ təqəllüsünün mexanikası.

Təbii hallarda mərkəzi sinir sistemindən gələn impulslar vasitəsilə, əzələ sükunət vəziyyətindən oyanma vəziyyətinə keçir. Bu zaman əzələdə fəal qüvvə əmələ gəlir. bu qüvvə əzələnin uclarını bir – birinə yaxınlaşdıraraq onun uzunluğunu azaldır. əzələnin dartma qüvvəsi adlanan bu qüvvə insanın hər hansı bir hissəsini hərəkətə gətirir. Bu prosesin mahiyyəti ondan ibarətdir ki, mərkəzi sinir sistemindən gələn impulslar əzələ liflərində oyanma prosesini yaradan zaman, burada olan enerji ilə zəngin olan kimyəvi maddələr parçalanır. Bu reaksiyalar zamanı ayrılan enerji əzələdə gərginlik yaradır.

Əgər işin əzələ uclarının bir – birinə yaxınlaşması imkan verirsə, yəni əzələ qüvvəsinin təsiri əks qüvvələrin təsirindən yüksək olarsa, onda əzələ təqəllüsü əmələ gəlir və insan bədəninin hər hansı bir hissəsini hərəkətə gətirir.

Buradan məlum olur ki, əzələ hərəkətetdirici cismi, hemodinamik hərəkətetdirici maşın adlandırmaq olar. Burada hərəkət potensial enerji sayəsində əmələ gəlir. Əgər, əzələnin dartma qüvvəsi xarici müqavimət qüvvəsinə bərabər olarsa, onda əzələnin uzunluğu dəyişmir. Bu cür əzələ təqəllüsü, izotermik təqəllüs adlanır (yunanca izo – bərabər, metr – uzunluq deməkdir). Əgər əzələnin dartma qüvvəsi, xarici müqavimət qüvvəsindən fərqli olarsa, onda əzələnin uzunluğu dəyişər. Bu isə anizometrik təqəllüs adlanır. Əgər əzələnin dartma qüvvəsi xarici müqavimət qüvvəsindən böyük olarsa, onda əzələ qısalar və ya yığılar(ucları bir – birinə yaxınlaşar). Belə təqəllüs üstün gələn təqəllüs adlanır.

Əgər dartma qüvvəsi xarici qüvvədən az olarsa, onda əzələ dartılır, uzanır. Bu cür əzələ təqəllüsü tabe olan təqəllüs adlanır. Beləliklə, əzələ təqəllüsü zamanı onun mexaniki vəziyyətinin dəyişməsi onun fəallığı adlanır. Əzələ təqəllüsünün mexaniki xüsusiyyəti müqavimətin dərəcəsindən asılıdır.

Müqavimətin və yaxud yükün dartılması 3 cür dəyişiklik yaradır:


  1. Latent dövrü artır. Latent dövrü əzələnin qıcıqlanması ilə onun ucarında əmələ gələn mexaniki cavab arasındakı dövrdür.

  2. Əzələdə uzunluğun dəyişilmə və ya qısalma dərəcəsi azalır.

  3. Əzələnin qısalma sürəti azalır. Bu zaman dartma qüvvəsi ilə əzələ uzunluğunun dəyişilmə sürəti arasındakı asılılıq tərs mütənaibdir. Tabe olan təqəllüs zamanı, əzələnin dartma qüvvəsi də sürətlərdən asılıdır. Əgər onun uzanma sürəti yüksəkdirsə onda onun göstərdiyi qüvvə də çox olacaqdır. Əzələ tabe olan iş rejimindən üstün gələn iş rejiminə keçdikdə, onun potensial enerjisi kinetik enerjiyə çevrilir.

Əzələ mexanikasının əsas qanunları aşağıdakılardır:

  1. Veber prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, əzələ tərkibinə nə qədər çox əzələ lifi daxil olarsa, əzələ qüvvəsi bir o qədər çox olar, yəni əzələ qüvvəsi başqa bərabər şəraitlərdə onun en kəsiyi ilə düz mütənasibdir.

  2. Digər bərabər şəraitlərdə təqəllüsün miqdarı əzələ liflərinin uzunluğu ilə düz mütənasibdir (Bernulli prinsipi). Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, əzələ təqəllüsü (qısalması) bir o qədər çox olar (bir lələkli əzələlərdə).

əzələ gərginliyinin qüvvəsi ona təsir edən sinir impulslarından asılı olaraq müxtəlif ola bilər. Əzələni idarə edən nə qədər çox hərəki neyronlar oyanarsa, əzələ gərginliyi bir o qədər çox olar. Bundan əlavə sinir impulslarının tezliyindən də asılı olaraq əzələ gərginliyinin qüvvəsi artır.

Əzələ işi zamanı əzələ qüvvəsinə və onun iş qabiliyyətinə simpatik sinir sistemi təsir edir və həmin iş qabiliyyətini artırır. əzələ gərginliyinin qüvvəsinə adrenalin hormonu da müsbət təsir göstərir.

Deməli, əzələ qısalması, ondan yaranan oyanmadan və ona təsir edən yükün miqdarından asılıdır. əzələnin fəal qüvvəsi nə qədər çox olsa və ona əks olan xarici qüvvələr nə qədər az olsa, əzələdə qısalma bir o qədər çox olar. Əzələ təqəllüsünün gərginliyinin miqdarı və sürəti müvəqqətidir. əzələ işinin əvvəlində təqəllüs gərginliyi və sürət yüksək olur, ancaq yorulma nəticəsində bu göstəricilərin miqdarı azalır. Idmanla məşğul olanlarda bu göstəricilər yüksək, olmayanlarda isə az olur.


Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin