Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Bədən hissələrinin müvazinəti



Yüklə 159,4 Kb.
səhifə56/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Bədən hissələrinin müvazinəti. Statik vəziyyətlərin təhlilində əsas işləyən əzələlərin təhlili mühüm yer tutur. Bədənin hər hansı bir hissəsinin fiksasiyasında hansı əzələ qrupunun iştirak etdiyini müəyyən etmək üçün, bədən hissələrinin müvazinət şərtlərini öyrənmək lazımdır.

Aşağı dayaq vəziyyətində bədənin yuxarıda yerləşən hissələri aşağıdakı hissələrlə tarazlaşırlar. Bu zaman aşağı hissələrə ağırlıq çox düşdüyündən əzələlər artıq dərəcədə gərginləşirlər ki, tarazlıq və ya müvazinət əmələ gətirsinlər. Əksinə, yuxarı dayaq vəziyyətində isə aşağı hissələrin əzələləri yuxarı hissələrin əzələlərinə nisbətən az gərginləşmiş olurlar. Gimnast horizontal asılma vəziyyətində olduqca onun başını müvazinətdə saxlayan baş və boyun əzələləridir (dərialtı boyun əzələsi; boyunun uzun əzələsi).

Əzələ işinin təhlili üçün aşağıdakıları bilmək lazımdır:


  1. Hansı istinadda əzələ işləyir.

  2. Əzələ dartması qüvvəsi qolunun ölçüsü. Bu ölçü təcrübi yolla anatomik metodların köməyi ilə aparılır. ədəbiyyatda Braune və Fişerin bəzi əzələlər üçün müəyyən etdikləri bu ölçü məlumatlarından istifadə edilir.

  3. Tarazlaşdırıcı hissənin çəkisi və həmin hissənin ağırlıq xəttinin oynaqdan hansı məsafədə keçməsi.




  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin