Arxaya dayağın, ya təkanın fazası. Bədənin ağırlıq xətti dayaqdan irəlidə olan kimi təkan başlanır. Qıçın açılması dayağa aşağıya – arxaya təzyiqi artırır və yuxarıya – irəliyə yönəldilmiş müvafiq dayaq reaksiyasına səbəb olur. Təkan bucağı (təkanın son anında) 65 -700 bərabərdir. Yeriş zamanı zəmin üzərində ləpirlərin izləri adətən bir xətt üzrə yerləşmişlər. Buna görə də sağ və sol ayaqla təkan nəinki irəliyə, yuxarıya, hətta bir qədər də yana olur.
Yeriş zamanı oynaqlarda hərəkət və əzələlərin işi.
Yeriş zamanı oynaqlarda hərəkət əsas etibarilə frontal ox ətrafında baş verir, yəni bükülmə və açılma. Dayaq dövründə əsas yük açılmış əzələlər üzərinə düşür. Bu əzələlər əsas etibarilə aşağı dayaq zamanı işləyirlər. Çiyinin və çanağın frontal oxları bir – birinə qarşı hərəkət edirlər. Buna görə də yellənən qıçla birlikdə müxtəlif adlı qol irəliyə verilir. Bu zaman əsas iş yelpikvari əzələlər üzərinə böyük döş əzələsi, deltavari və kürəyin enli əzələsi üzərinə düşür.
Sürətli yeriş. Yerişin sürətini artırmaq üçün addımın uzunluğu və addımın təkrarlanma miqdarını artırmaq lazımdır. Addımın uzunluğu insanın boyundan, qıçların uzunluğundan, ayağın ölçüsündən, çanağın dönməsindən və zəmin üzərində düz xətliyindən asılıdır. Tempin artırılması ilə uçuş fazası baş verir və qaçışa keçir.
İdman yerişi.Yerişin bu növünün başlıca xüsusiyyəti burada təkanın diz oynağı əzələsinin fəal iştirakı olmadan baş verməsidir. Bundan əlavə qıç və çanaq hərəkətlərinin amplitudasının artırılması, hərəkətin yüksək tempi də əsas rol oynayır. İdman yerişində sürət 4m/san, 14km/saata bərabərdir.