Dartılma üsulu ilə tsiklik lokomasiyalar.
Əllərin köməyi ilə yoğun kəndirə, qarğıya, gimnastika nərdivanına dartılmaqla dırmaşmaq. Əllərin və ayaqların köməyi ilə yoğun kəndirə dırmaşmaq. Bu hərəkəti icra etmək üçün idmançı bədənin çəkisini bir bükülü qol vasitəsilə saxlamağı bacarmalıdır.
Çıxış vəziyyəti – açılmış qollarda sallanma. Birinci dartılma iki qollar vasitəsilə əldə edilir. Sonralar isə ardıcıl olaraq gah sağ, gah da sol qolun bükülməsi nəticəsində dartılma icra edilir.
Hərəkətin tsikli iki fazadan ibarətdir: işçi fazasından və hazırlayıcı fazadan. Bu hərəkəti icra edən zaman qolun və çiyin qurşağı əzələləri gərginləşir. Buna görə də tənəffüs çətinləşir.
Dostları ilə paylaş: |