Mühazirə Biomexanika fənninin predmeti və üsulları


Əzələlərin fəal yığılması



Yüklə 159,4 Kb.
səhifə75/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Əzələlərin fəal yığılması.

Qısalan əzələlərin xarakteristikalarını tədqiq etmək üçün iki süni rejimdən istifadə edilir:

  1. İzometrik rejim. Bu rejimdə əzələnin uzunluğu sabitdir l=const, genişlənən qüvvə F(t) qeyd edilir.

  2. İzotonik rejim. Bu rejimdə əzələ sabit yük qaldırır P=const, əzələnin uzunluğunun zamandan asılı olaraq dəyişməsi qeyd edilir Δl(t).







I zometrik rejim.



İzometrik rejimdə (a) qüydedicinin köməyi ilə əvvəlcə əzələnin l uzunluğu qeyd edilir. Sonra elektroda impuls verilir, qüvvə ölçənlə F(t) qeyd edilir. əzələnin genişləndirə biləcəyi maksimal qüvvə P0 onun başlanğıc uzunluğundan asılıdır, sarkomerin başlanğıc uzunluğu 2 mkm olduqda gərilmədə bütün körpülər iştirak edir. Ona görə də, əzələdə maksimum qüvvə o vaxt hasil edilir ki, onun sarkomerlərinin uzunluğu 2 mkm olsun. l1 – də körpücüklərin sayı çox olduğundan hasil edilən qüvvə də çox olacaq. İzotonik rejimdə (b) əzələdən P yükü asılıdır. Sonra elektrodla ona impuls verilir, Δl(t) qeyd edilir. Yük P nə qədər böyük olarsa, əzələnin qısalması bir o qədər az, yükü saxlama müddəti bir o qədər qısa olar. P=P0 olduqda əzələ ümumiyyətlə yük qaldıra bilmir. Bu P0 qiyməti verilmiş əzələ üçün izometrik yığılmanın maksimum qüvvəsi olacaqdır. Burada onu da qeyd etmək vacibdir ki, yük artdıqca, izotonik yığılma əyrisinin başlanğıc hissəsinin meyl bucağı azalır (α21). Yəni, yük artdıqca əzələnin qısalma sürəti azalır.


  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin