Əzələlərin qeyri – fəal gərilməsi.
Nəzəri və təcrübi nəticələr göstərmişdir ki, əzələlərin mexaniki xassələrinə ən yaxşı yaxınlaşmanı Hillin üçkomponentli modeli verir. Əzələyə ani təsir zamanı, onun deformasiyasının zamandan xarakterik asılılığını müəyyən etmək üçün modeli bir qədər sadələşdirək və fərz edək ki, E2 elementi yoxdur. (σ2=0). Onda özülü elastiki mühit üçün
σ =σe+σozülü
ε(t) asılılığını tapaq. t=0 olduqda ε=0 hesab edək.
(2)
alarıq. τ=ζ/E – gecikmə müddətidir. t=0 olduqda deformasiyanın artma sürəti maksimumdur.
(3)
Eε(t) deformasiyası azalan sürətlə artır və asimptotik olaraq stasionar εst – qiymətinə yaxınlaşır.
Mexaniki model terminlərində paralel E1 elastiki elementi hüceyrələrin xarici membranlarının mexaniki xassələrini müəyyən edir. Ardıcıl E2 elementi aktin – miozin kompleksinin elastikliyini müəyyən edir. Hζ özlülük elementi aktin saplarının miozinə nisbətən sürüşməsi ilə çərtlənir və qeyri – fəal rejimdə kəskin artır. Bu, hətta kiçik yüklənmədə belə qeyri – fəal əzələnin güclü gərginləşməsinin mümkünlüyündə özünü büruzə verir.
Dostları ilə paylaş: |