Məkan – zaman xüsusiyyətləri.
Məkan – zaman kinematik xüsusiyyətləri insan hərəkətlərinin və vəziyyətlərinin müəyyən zaman ərzində necə dəyişdiyini müəyyən edir. Məkan və zaman ölçüsü nöqtənin sürəti hesab olunur. Sürət, müəyyən sahədə cismin yerdəyişməsini göstərən kəmiyyətdir. O, cismin qət etdiyi yolun zamana olan nisbəti ilə ölçülür:
Beləliklə, sürət hərəkətin istiqamətini və cəldliyini xarakterizə edir. Lakin insan hərəkətləri daimi olmayıb, dəyişkəndir. Hərəkt artan sürətlə baş verərsə təcil, əksinə olarsa, azalan sürət adlanır. Bərabərsürətli düzxətli hərəkətdə sürətin istiqaməti dəyişmir. Dəyişən sürətli və əyrixətli hərəkətdə isə sürətin istiqaməti dəyişir. Belə hallarda, hərəkətin ani sürətini təyin etmək lazım gəlir. Ani sürət elə sürətə deyilir ki, bədən həmin sürəti xarici qüvvə təsiri olmadıqda belə saxlaya bilir. Əyri xətli hərəkətdə ani sürətin istiqaməti dəyişir. Bu onu göstərir ki, bədənin ayrı – ayrı nöqtələrinin ani sürəti də dəyişkəndir.
Dostları ilə paylaş: |