Bədən hissələri sümük qollar kimi.
Sümüklər oynaqlarda hərəkətli birləşərək əzələ qüvvəsinin təsiri altında müxtəlif istiqamətlərdə hərəkət edirlər.
Mexanika nöqteyi nəzərindən sümüklər dairəvi hərəkət edən qollar kimi təsvir edilir. Öz oxu ətrafında fırlana bilən hər hansı bir bərk cismə və ya sümüyə qol deyilir. Oynaqlarda sümüklərə təsir edən qüvvələrdən birini hərəkətetdirici qüvvə, digərini isə müqavimət qüvvəsi adlandırırlar. Əgər qüvvə sümük qola hər iki ucdan təsir edirsə, həmin qol iki çiyinli və ya bir dərəcəli qol adlanır. Məsələn, əsas duruş vəziyyətində yuxarı ətrafın sərbəst hissəsi yükü baş üstündə saxladıqda.
Əgər qüvvə sümük qola bir ucdan təsir edərsə, həmin qol bir çiyinli olur və ya iki dərəcəli qol sayılır. Bədənin eyni bərk hissəsi müxtəlif əzələlər üçün həm bir, həm də iki çiyinli ola bilər. Məsələn said öz bükücü əzələlərinin işinə görə bir çiyinli, açıcı əzələlərin işinə görə isə, yəni yükü baş üstündə saxladıqda isə iki çiyinli olur. Beləliklə, əzələ qüvvəsi üstün gələn işdə hərəkətverici qüvvə, müqavimətə tabe olan işdə isə ləngidici qüvvə olur.
Dostları ilə paylaş: |