Mühazirə 3.
Biomexaniki sistem kimi hərəkət – dayaq aparatının quruluşu və özünəməxsus xüsusiyyətləri.
Məlumdur ki, insanın hərəkət fəaliyyəti onun bədəninin bütün üzvlərinin qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçirilir. Lakin, bu hərəkət fəaliyyətinin əsas hissəi hərəkət – dayaq aparatının üzərinə düşür. İnsanın hərəkət aparatında dayaq vəzifəsini yerinə yetirən və bir – biri ilə hərəkətli birləşən sümüklərdən – qollardan ibarət olan sklet vardır. Sklet hər hansı bir qüvvənin təsirinə müqavimət göstərir. Skleti təşkil edən qollar əzələlər vasitəsilə hərəkətə gətirilir. İnsanın hərəkət dayaq aparatının quruluşu və vəzifələri çox mürəkkəb olduğu üçün onun hərəkətləri və vəziyyətləri də çox müxtəlifdir. Ona görə də insan bədəninə bütövlükdə və onun ayrı – ayrı hissələrinə birlikdə biomexaniki sistem kimi baxılır. Ona görə də insan hərəkətlərini və bu hərəkəti doğuran səbəbləri, yalnız mexanika nöqteyi nəzərindən öyrənmək kifayət deyildir. hərəkət aparatının quruluşunu və iş prinsipini tam olaraq dərk etmək üçün, insan bədəninin bioloji təbiətini və quruluş mexanizmini bilmək vacibdir.
Biomexanika, insan bədəninin, onun dayaq – hərəkət aparatının hərəkətlərin təkmilləşməsi üçün böyük əhəmiyyət kəsb edən quruluş və vəzifələrini öyrənir. Beləliklə, insan bədəni bir biomexaniki sistemdir və bu sistem insan bədəninin elə bir modelidir ki, bu modeldə hərəkətin bütün qanunauyğunluqlarını öyrənmək olar. Biomexaniki sistemin özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər aşağıdakılardır:
Canlı orqanizmlərin hərəkət aparatı canlı hüceyrə və toxumalardan ibarətdir. Bu hüceyrə və toxumalar açıq sistem kimi, ətraf mühitlə enerji və maddələr mübadiləsində olur və onların öz daxilində də fasiləsiz olaraq, maddələr mübadiləsi prosesləri gedir. Hüceyrə və toxumaların quruluşunun və funksiyalarının əsasını zülallar təşkil edir. Zülal molekullarının üzvi və qeyri – üzvi maddələrlə reaksiyası, maddələr mübadiləsinin və iş fəaliyyətinin əsasını təşkil edir. Ona görə də hüceyrələrin və orqanların quruluşu və fəaliyyəti onların gördüyü işdən asılıdır. Hərəkət aparatının vacib xüsusiyyətlərindən biri, iş görülən zaman əzələlərin morfoloji və funksional cəhətdən təkmilləşməsi, fəallaşması, iş görülməyən zaman isə fəallığını itirməsidir.
İnsan və heyvanın hərəkət aparatının quruluşu eyni tərkibə malikdirlər (sümük və onların birləşmələri, bağlar və əzələlər). Bu müxtəliflik bir çox müxtəlif hərəkətlər həyata keçirməyə imkan verir.
Hərəkət aparatının reflektor prinsipinə əsasən hərəkət aparatı mərkəzi sinir sistemi ilə sıx əlaqədardır.
Dostları ilə paylaş: |