Mühazirə Biomexanika fənninin predmeti və üsulları



Yüklə 159,4 Kb.
səhifə12/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

Ətalət xüsusiyyətləri.

Ətalət xüsusiyyəti Nyutonun I qanununda əks olunur. Bu qanuna görə xarici qüvvə təsir etməyincə, cisim öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Məsələn, hər hansı bir atılmış alət (qumbara, disk, nizə və s.) öz uçuşunu ətalət qanunu üzrə davam etdirir. Lakin, havanın müqavimət və ağırlıq qüvvələrinin təsiri altında hərəkət dəyişir və cisim yerə düşür. Deməli cisim ona kənar qüvvə təsir edənədək öz sürətini saxlayır. Xarici qüvvənin təsiri olmadıqda cismin öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlaması xassəsi onun ətalət xassəsi adlanır. Müxtəlif cisimlər qüvvənin təsiri altında öz sürətlərini müxtəlif cür dəyişirlər. Elə bu xassəyə görə sürətin necə dəyişməsi müəyyən edilir. Ətalət qanununa görə cismin sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını o vaxtadək saxlamaq mümkündür ki, cismə tətbiq edilən bütün qüvvələr bir – birini tarazlaşdırsın.. Ətalət qanunu irəliləmə hərəkəti edən cisimlərə xas olan əlamətdir. Deməli , irəliləmə hərəkəti edən cismin ətalətliyinin ölçüsü onun kütləsidir. Cismin kütləsi kimi təyin olunur. Kütlənin ölçüsü Nyutonun 2 – ci qanununa əsaslanır: yəni hərəkətin dəyişməsi, cismə təsir edən xarici qüvvə ilə düz mütənasib olub, həmin qüvvə istiqamətində yönəlir. eyni qüvvə kütləsi az olan cismə böyük, kütləsi böyük olan cismə isə kiçik təcil verir. Deməli, cismin hərəkət təcili, həmin cismə təsir edən qüvvə ilə düz, onun kütləsi ilə tərs mütənasibdir.



Beləliklə, mexanika qanunlarına əsasən hərəkət edən cismin kütləsinin az olması həmin cisimlə əlaqədə olan cismin kütləsinin isə çox olması sərfəlidir. Məsələn, yadro tullayan idmançının çəkisinin çox olması, qaçan və ya hündürlüyə tullanan idmançının isə çəkisinin az olması sərfəlidir.




Yüklə 159,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin