Bədən çəkisinin təyini – yeməkdən qabaq tibb təeəzisində təyin edilir. Bədən hissələrinin çəkisini isə keçən əsrin axrında O.Fişer dondurulmuş meyitlər üzərində oynaqlardan hissələri ayırmaqla, onların çəkisini təyin etmişdir. Bu çəkiləri bildikdən sonra BUAM təyin etmək mümkündür. BUAM 2 üsulla analitik və qrafik üsulla təyin edilir.
Analitik üsul hesablama yolu ilə aparılır. Qrafik üsul isə paralel qüvvələrin cəmlənməsi əsasında olur.
Təsiredici əzələ qüvvəsinin miqdarının təyini.
Əzələ gücünü təyin etmək üçün hərəkətə müqavimət göstərən bütün qüvvələri bilmək lazımdır. Adətən müqavimət 2 qüvvə ilə ətalət və ağırlıq qüvvəsi ilə şərtlənir. Bunu belə yazmaq olar: Mm=Mi+Mp, yəni bədənin hər hansı bir hissəsinə təsir edən əzələ qüvvəsi momenti, həmin hissəyə təsir edən ətalət qüvvəsi və ağırlıq qüvvəsi momentlərinin cəbri cəminə bərabərdir.
Qüvvə təsiri momenti onun qoluna olan qüvvə ölçüsünün hasilinə bərabərdir. Ətalət qüvvəsi və ağırlıq qüvvəsi qüvvəsinin qolu promer üzrə müəyyən edilə bilər. Bu zaman nəzərə almaq lazımdır ki, bu nöqtənin tətbiq nöqtəsi bədən hissəsinin ağırlıq nöqtəsidir. Promer üzrə bədən hissəsinin fırlanma oxunu da müəyyən etmək olar.
Əzələ gücü ətalət qüvvəsini dəf etməlidir. Həm də ağırlıq qüvvəsini bərabərləşdirməlidir.
Hərəkət aparatı işinin xarakteri fiziki hərəkətlərin texnikasına aid bir sıra məsələləri həll etmək üçün, icra edilən işin ölçüsünü qiymətləndirmək lazımdır. Təcrübə şəraitində görülən işin ölçüsünü xüsusi cihazların köməyi ilə (erqometrlərdə) müəyyən edilir.
Əzələ işinin öyrənilməsi üçün elektromioqrafik üsulun tətbiq edilməsi. bu və ya digər hərəkətin icrasında hansı əzələlərin iştirak etməsini, vaxtın ölçüsünü və əzələlərin iştirak etməsini, vaxtın ölçüsünü və əzələlərin hansı qüvvə ilə işləməsi məsələlərini aydınlaşdırmaq üçün elektromioqrafik üsuldan istifadə edilir. Hər bir dəfə əzələdə oyanma təsiri altında gərginlik baş verən zaman onda elektrik potensialı yaranır. Bu hərəkət potensialı ossiloqrafda yazılır, həmçinin burada vaxt da qeyd edilir. Bu yazılara əsasən təyin etmək olur ki, hansı əzələlər hansı hərəkəti icra edirlər, hansı ardıcıllıqla işləyirlər, onların oyanması nə qədər müddətdə davam edir və hansı nisbi qüvvə ilə gərginləşirlər.
Hərəkətin təhlili üçün hərəkətin eyni vaxtda elektromioqrafiyası və kino çəkilişinin xüsusi böyük əhəmiyyəti vardır. Bu və ya digər hərəkət fazasında işləyən əzələni bilmək üçün elektromioqrammanı və kinokadrları vaxt ərzində birləşdirmək lazımdır.
Dostları ilə paylaş: |