ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman
Texnikanın sabiti – hərəkətlərin gedişində və hərəkətin birinci fazasında, ya da hərəkətin hər hansı bir xüsusiyyətində səhvlər müşahidə olunur. Məsələn, əgər kvalifikasiyalı basketbolçularda cəriməli tullamanın yerinə yetirilməsində ayaqlar lazım olduğundan yavaş açılarsa, onda qolların açılması tez baş verər. Bu halda əvvəl buraxılan səhv hərəkətin daha çox məsuliyyətli olan final xarakteristikasında – topun uçuşunun sürətində səhvlərə səbəb ola bilməz, çünki ayaqların yavaş hərəkətini qollar öz hərəkətilə düzəldirlər və topun uçuş sürəti yol verilən sərhəddən çıxmır.