Ölçmənin nəticələrinin toplanması və işlənməsi
Ölçmələrin nəticələrinin toplanması və işlənməsi anlayışı, ölçmə texnikasının inkişafı və mükəmməlləşməsi, xüsusilə mikroelektronikanın meydana gəlməsi və onun əsasında mikroprosessorlar və mikro EHM yaradılması nəticəsində müəyyən dəyişikliklərə uğrayır.
Əgər bu gün söhbət nəticələrin toplanmasından gedirsə, bunun altında nəticələri əvvəlcədən qeyd etmək imkanının olmasına baxmayaraq, sistemdəki ölçmə məlumatının mər-kəzləşdirilmiş toplanması başa düşülür.
Ölçmənin nəticələrinin toplanmasının müasir anlamı , ilkin ölçmə məlumatlarının sonradan işlənməsi üçün, ölçü-məlumat sisteminin mərkəzi EHM-ə daxil etmək məqsədilə hazırlanması prosesidir.
Bu proses özündə ancaq məlumatı yadda saxlamaq və onu münasib formada ötürməyi deyil, həmçinin verilənlərin ilkin işlənməsi cari nəticələrin müqayisəsi, məlumatların yığcam hala salınması, xətaların korreksiyası, dolayı ölç-mələrin nəticələrinin hesablanması, ölçmələrin nəticələrinin statistik qiymətləndirilməsi və bir sıra nisbətən sadə hesablama və məntiqi əməliyyatların yerinə yetirilməsini özündə cəmləşdirir. Ölçmələrin nəticələrinin işlənməsi həm analoq, həm də rəqəmsal şəkildə ola bilər.
Müasir məlumat toplama sistemlərinin quruluşunun əsas prinsipləri onlar tərəfindən aşağıdakı əsas funksiyaları həyata keçirmək zərurətini təyin edir:
- əvvəlcədən verilmiş proqramla və ya müəyyən şərtlərdən asılı olaraq (adətən hər iki üsul birləşdirilir) ölçmələrin nöqtələrindən (obyektlərindən) sorğu;
- sonrakı istifadə üçün ölçmənin ilkin nəticələrinin hazırlanması;
- ölçülən kəmiyyətlərin sərhəd hədlərinin nəzarəti;
- alınmış qiymətlərin bir-biri ilə və ya verilmiş qiymətlərlə müqayisəsi;
- ölçmənin nəticələrinin müəyyən meyarlara görə seçilməsi;
- ölçmənin nəticələrinin müəyyən əlamətlərə görə protokollaşdırılması;
- ölçmə nəticələrinin yığcam hala salınması, xüsusilə onların müəyyən əlamətlərə görə birləşdirilməsi və uyğun kodlar şəklində ötürülməsi;
- idarəetmə (tənzimləmə) obyektinə təsir siqnallarının formalaşdırılması.
Sadalanan funksiyaların ardıcıllıq blok-sxemi şəkil 4.1-də göstərilmişdir.
Ölçmələrin nəticələri işlənmək üçün rəqəmsal formada göstərilməlidir. Rəqəmsal siqnalların sadə işlənməsi elektro-maqnit rele və ya yarımkeçirici sxemlərdə işlənilən əsas məntiqi elementlərlə həyata keçirilə bilər.
Konstruksiyalarının və istehsal texnologiyalarının inkişafı sayəsində vericilərin funksiyaları genişlənmişdir. Mikroelektronika texnikasının inkişafı ilə “intellektual vericilər” adlanan – sonradan işlənməsi və ötürülməsi üçün həssas elementlərin siqnallarını çevirmək və hazırlamaq həmçinin bu məqsədlə vericilərdə analoq – rəqəmsal çevirmələrin kiçik olmayan inteqral mikrosxemlərin istifadə olunması kimi geniş funksiyalara malik inteqral vericilərin istehsal edilməsi imkanları meydana gəlib.
Statik analiz
Qeyd
Qəza siqnalı
Prosesə təsir
Verilən
lərin
təsviri
Qəza
siqnalı
Verilənlərin
qiymətləndirilməsi
Verilənlərin və təsirlərin
təsviri
Növbəti emal
Proses
Vericilər
Ölçmənin nəticələrinə düzəliş
İdarəetmə
Verilənlərin müqayisəsi. Sərhəd qiymətlərinin yoxlanılması
Statik analiz
Qeyd
Qəza siqnalı
Prosesə təsir
Verilən
lərin
təsviri
Məlumatın qəbul edilməsi və siqnalın hazırlanması
Qəza
siqnalı
Verilənlərin
yoxlanması
Verilənlərin
qiymətləndirilməsi
Verilənlərin və təsirlərin
təsviri
Növbəti emal
Şək. 4.1. Ölçü məlumat sisteminin funksiyalarının blok sxemi.
Bu inkişafın mərhələləri şəkil 4.2–də diaqram ilə əks olunub.
Ölçülən kəmiyyətin ilkin çevrilməsi
|
Qeyri elektrik kəmiyyətin elektrik kəmiyyətinə çevrilməsi
|
Siqnalların sonrakı emala hazırlanması
|
Analoq rəqəm çevrilməsi
|
Mikro
prosessora giriş
|
Həssas element
|
|
|
|
|
Vericilər
|
|
|
|
Sistem funksiyalarının verilməsi
|
|
|
“İntellektual” özəlliyinin verilməsi
|
|
|
|
|
Şək. 4.2. Vericilərin inkişaf və mükəmməlləşməsi mərhələsini əks etdirən diaqram.
Vericiyə “intellekti”, ona quraşdırılmış, ölçmələrin tələb olunan alqoritmini və nəticələrin ilkin işlənməsini - xətaların korrektə olunması, çevrilmələrin xarakteristikasının düzlənməsi, nəticələrin statistik qiymətləndirilməsi, nəticələrin tanınması və çıxdaş edilməsi və s. həyata keçirən mikro-prosessor təmin edir.
İnteqral mikroelektronika sxemləri şəklində buraxılan, nəticələrin rəqəmsal işlənməsi vasitələrinin siyahısı - sadə məntiqi inteqral sxemlərdən mikroprosessorlara və mikro EHM-lərə qədər genişdir.
Mikroprosessor texnikasının tətbiqi aşağıdakılara imkan verir:
- ölçmələrin nəticələrinin böyük həcmini işləmək;
- bir çox kəmiyyəti birləşdirmək və orta qiymət almaq;
- nəticələrin böyük həcmini qoruyub saxlamaq;
- real vaxt miqyasında, yəni idarə olunan prosesin getməsi və ölçmələrin nəticələrinin daxil olması tempində nisbətən sadə hesablamalar aparmaq;
- universal mərkəzi prosessordan istifadə etmək və proqramları tez dəyişmək;
- operatorun idarəetmə prosesinə qarışmaq imkanına malik olması;
- ölçmələrin nəticələrini anoloq və rəqəmsal formada əks etdirmək;
- icra orqanları üçün siqnallar formalaşdırmaq.
Mikroprosessorlu sistemlərin köməyi ilə cihazların çox funksiyalılığı, ölçmə prosesinin idarə olunmasının sadəliyi, tənzimləmənin avtomatlaşdırılması, özünü nizamlama və avtomatik yoxlama, cihazın metroloji xarakteristikalarının yaxşılaşdırılması, ölçmələrin nəticələrinin statistik işlənməsi əldə olunur.
MÜHAZİRƏ 12.
Əsas xətti tənzimləmə qanunları. Mövqeli tənzimləmə qanunları
Dostları ilə paylaş: |