Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 060628 1


Diferensial-transformator ölçü-çeviricisi



Yüklə 5,11 Mb.
səhifə21/25
tarix24.08.2023
ölçüsü5,11 Mb.
#140333
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
C fakepathMüh2020EM

Diferensial-transformator ölçü-çeviricisi

Diferensial-transformator tipli çevirici (şək. 3.5.b) çevik həssas elementdən (1) (boruşəkilli yay) və çevirici elementdən (2) təşkil olunmuşdur. Çevirici elementin daxilində makara yerləşdirilmişdir. Onun birinci sarğılarına (7) şəbəkə gərginliyi tətbig edilir. Iki hissədən təşkil olunmuş (4 və 5) sarğılar öz aralarında qarşılıqlı qoşulmuşdur. Makara daxilində yerdə-yişmə alan dəmir nüvə (6) həssas elementin sərbəst ucu ilə əlaqələnmişdir. R1 və R2 müqavimətləri burada gərginlik bölgüsü rolunu oynaylr. R1 müqavimətinin qiymətini dəyişdirməklə ikinci cihaza göndərilən siqnalın (Uçıx) qiymətini tənzimləmək mümkündür.


Ikinci dolaqlardan alınan gərginliyin (E) qiyməti dəmir nüvənin vəziyyətindən asılı olub, belə təyin olunur:



Burada , f-şəbəkə gərginliyinin tezliyidir; İ1 – makaranın birinci sarğılarından axan cərıyan şiddətidir; M- birinci və ikinci sarğılar arasindakı qarşılıqlı induksiyadır.





olduğundan,





olar.
Burada, k1, k2 və k3- mütənasiblik əmsallarıdır; δ- dəmir nüvənin yerdəyişməsidir.
Diferensial-transformator çeviricisi

Differensial – transformator çeviriciləri oxun xətti yerdəyişməsinin çıxış elektrik siqnalına çevrilməsinə xidmət edir. Bu növ çeviricilərin çıxış parametri sarğılar arasındakı sarğı induktivliyinin qiymətidir. Differensial – transformator çeviricilər ilkin cihazlarda (manometrlər, difmanometrlər və s.) verici çeviricilər, ikinci cihazlarda isə kompensasiya çeviriciləri kimi istifadə olunur.


Differensial – transformator sxemləri (şək.3.9) göstərişləri uzaq məsafəyə ötürmək üçün geniş istifadə olunur. Ölçü sisteminin iş prinsipi vericinin makarasının ikinci sarğılarında yaranan gərginliklər fərqinin Δe1, qəbuledici cihazın makarasında yaranan gərginliklər fərqi Δe2 ilə tarazlaşdırılmasına əsaslanır.



Şək. 3.9. Diferensial-transformator çeviricisi


Verici cihazda gərginliklər fərqi Δe1 ölçülən parametrin qiymətindən asılı olur, lakin qəbuledici cihazdan alınan gərginliklər fərqi Δe2 isə makaranın nüvəsinin vəziyyətindən asılı olur. O isə reversiv mühərrik vasıtəsilə uyğun istiqamətdə o vavta qədər hərəkət etdirilir ki, Δe1 = Δe2 şərti təqribən ödənilsin.

Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin