Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri


Kələm dolmasının hazirlanması və süfrəyə verilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə24/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

 
Kələm dolmasının hazirlanması və süfrəyə verilməsi. 
Qoyun  ya da  mal əti soğanla  maşının  iri  gözündən keçirilir,  içinə  xırda-xırda 
doğranmış  nanə,  şüyüd,  keşniş,  arıtlanıb  yuyulmuş  düyü,  ət  yağsızdırsa  ərinmiş 
yağ,  duz,  istiot  (bəziləri  narşərab,  ya  da  tomat-pasta  da  qatılır)  qatılıb  qarışdırılır. 
Kələm dolmasına duz bir qədər artıq qatılır. 
Kələmin  özəyi  çıxarılır  və  qaynar  suya  salınır.  Yumşaldıqdan  sonra  kələm 
sudan  çıxarılır,  yarpaqların  damarı  kəsilir  və  bir  neçə  yerə  bölünür.  Əvvəlcədən 
hazırlanmış  ət,  kələm  yarpağına  uzunov  formada  bükülür  və  səliqə  ilə  qazana 
yığılır. Üzərinə bir neçə iri kələm yarpağı səpilir, qaynar su tökülüb, oda qoyulur. 
Hazır  olmağa  az  qalmış  onun  üzərinə  ya  nar  sıxılır,  ya  da  yağda  qızardılır 
suda  açılmış  tomat-pasta  tökülür.  Süfrəyə  verəndə  kələm  dolmasının  üzərinə 
göyərti səpilir və bəzən sarımsaqlı qatıq qoyulur. 
Hər  pos  üçün  burada  100q  ət,  200q  kələm,  50q  düyü,  nanə  keşniş,  şüyüd, 
narşərab, tomat-pasta, ya da nar şirəsi, duz, istiot götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin