67
Kələm qiyməsi başqa üsulda da hazırlana bilər. Burada narın doğranmış
kələm pörtlədilmədən 3 santimetrə qədər qalınlıqda olmaqla, tavanın içinə qoyulur,
üstünə yağ tökülür, duz səpilir və periodik qaydada qarışdırmaqla, ən çox 180
dərəcəyə qədər olan temperaturda qızdırıcı şkafda bişirilib hazır vəziyyətə gətirilir.
Şorbaya qoyulmuş kələmdən qiymə hazırlananda, kələm sıxılır və çox
turşdursa, soyuq suda yuyulub təkrar sıxılır, sonra isə təzə kələm kimi (birinci
üsulda) bişirilir.
Hazır olduqda kələmin içinə bişmiş yumurta doğranıb qatılır, habelə yağda
qovrulmuş soğan vurulub hamısı birlikdə ciddi qarışdırılır.
Dostları ilə paylaş: