2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə
Mühazirə 1.
«Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi:
sümük, ət-sümük, balıq və quş ətləri həlimləri”
Plan:
1. Duru xörəklər və onların təsnifatı.
2. Həlimlərin hazırlanma texnologiyası.
3. Tərəvəzin və unun yağda qovrulması, habelə ağ sousun və lyezonun
hazırlanması.
1. Duru xörəklər və onların təsnifatı.
Duru (birinci) xörəklərdə maye hissəsi əsas sayılır. Maye hissəsindən başqa
duru xörəklərə çox zaman bir yaxud bir neçə məhsul növlərindən (tərəvəz, yarma,
makaron məmulatı, göbələk, balıq, ət) ibarət qarnir daxil olur.
Maye yerində şorbalar üçün bulyon (ət bulyonu (yaxud həlimi), ət-sümük
bulyonu, sümük bulyonu, balıq bulyonu, göbələk bulyonu), süd, çörək kvası, həlim
(tərəvəz həlimi, yarma həlimi, meyvə həlimi) tətbiq olunur. Duru xörəklər çox vaxt
həlimdə hazırlanır.
Həlim suda bişirilən sümükdən, ətlik heyvanların və ev quşlarının ətindən,
habelə göbələkdən alınmış həlimdən ibarətdir ki, bunun da tərkibində xörək
bişirilən zaman məhsuldan mayeyə çıxan maddələr olur.
Həlimdə az miqdar ekstraktiv maddələr, yapışqan, yağ, zülal və mineral
duzlar vardır.
Həlimlərin hər bir litrində 15-20 kalori olur, lakin bulyonların qida əhəmiyyəti
böyükdür. Xüsusilə mühüm cəhət burada ekstraktiv maddələrin və yapışqanın
mövcud olmasıdır. Ekstraktiv maddələr bulyona aromat və təm verir. Yapışqan
bulyonda yağla həlim törədir və təmini yaxşılaşdırır. Duru xörəklərin hər payı 400-
500 ml hesabı ilə verilir. Bunların bəziləri ayrıca qabda (piti), yaxud iki-üç pay bir
qabda (düşbərə, sulu xingal və s.) hazırlanır.
2
Adi şorbalardan fərqli olaraq, bu xörəklər daha qatı bişirilir, tərkibindəki
suyun miqdarı az (150-200 ml) olur.
Duru xörəklərimizi fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, onlardan
bəziləri həm duru, həm də quru xörəyi əvəz edir. Məsələn, piti, küftəbozbaş və s.
bu xörəklərin əvvəlcə bulyonu, sonra bulyonda bişmiş qalan hissəsi (ət, noxud,
kartof və s.) quru xörək kimi yeyilir.
Digər xarakterik xüsusiyyətləri qoyun quyruğunun xırda doğranmış şəkildə
xörəyə qatılması, duru xörəklərin hazırlanmasında pomidor məti və püresindən az
istifadə edilməsidir. Bunun əvəzində yayda təzə pomidor, qışda isə qurudulmuş
alça və tərkibində boya maddəsi olan ədviyyat (zəfəran və ya sarıkök) istifadə
edilir.
Duru xörəkləri hazırladıqda bulyonda bişirilən tərəvəz, kartof, yarma və başqa
məhsullarla yanaşı ayrıca soğan, yerkökü yağda qızardılır və xörəyin hazır
olmasına 10-15 dəqiqə qalmış ona qatılır.
Ən geniş yayılmış duru xörək piti və bozbaşdır. Hazırlanması üsuluna və
müxtəlif xammal sərfinə görə küftəbozbaş, parçabozbaş, qovurmabozbaş,
soğanbozbaş bir-birindən fərqlənir. Onları əsasən qoyun ətindən hazırlayırlar.
Duru xörəklər həm də undan hazırlanır: sulu xingal, xəmiraşı, umac, gürzə
(girs), düşbərə, sürfüllü və s.
Təzə süd, qatıq, ayran və s. süd məhsullarından da bir çox xörəklər hazırlanır.
Isti duru xörəklərə hazır olana yaxın xırda doğranmış şüyüd, cəfəri, keşniş və
s. səpilir. Süfrəyə verdikdə bu xörəklərin istiliyi 75C-dən aşağı olmamalıdır.
Duru xörəkləri hazırlarkən aşağıdakılara ciddi fikir verilməlidir:
1. Ət və balıqdan bulyon hazırladıqda xörək qaynayan kimi kəfi yığılmalı və
lazımi qədər duz əlavə edilməlidir. Bulyon hazır olduqda mütləq ələkdən və ya
tənzifdən süzülməlidir.
2. Bişmiş əti və balığı xörək süfrəyə verilənə qədər sümükdən və başqa
yeyilməyən hissələrdən təmizləyib paylara doğramaq və azacıq bulyon içərisində
saxlamaq lazımdır.
3
3. Duru xörəyi bişirərkən istifadə olunan tərəvəzlərin, yarmanın və makaron
məmulatının bişmə müddəti nəzərə alınmaqla xörəyə qatılmalıdır. Çalışmaq
lazımdır ki, xörəyin bulyonu şəffaf olsun.
4. Hazırlanacaq xörəyin miqdarından asılı olaraq su o qədər götürülməlidir ki,
sonradan su əlavə edilməsinə ehtiyac qalmasın. Ət xörəklərinin hər payı üçün 500
ml və ya 2 st; balıq xörəkləri üçün 350 ml və ya 1,5 st. su götürülür. Xörək hazır
olana yaxın ona su əlavə etmək məsləhət görülmür.
5. İstər bulyon və istərsə də xörəyi bişirərkən çalışmaq lazımdır ki, qazandakı
məhsul zəif odda qaynasın. Xörəyi şiddətli qaynatdıqda onun bulyonu
bulanlıqlaşır, yağla-suyun emulsiyası əmələ gəlir, dadı qaçır.
6. Bulyon yağlı olduqda səthinə çıxan yağı arabir yığmaq lazımdır. Həmin
yağlı bulyonu tərəvəzləri pörtmək və qovurmaq üçün istifadə etmək olar.
7. Duru xörəklərə göyərti, qızardılmış soğan və yerkökü hazır olmağa 10-15
dəqiqə qalmış əlavə edilməlidir.
8. Xörəyə lazım olduğundan az duz tökülsün. Xörəyi süfrəyə verdikdə hər kəs
öz zövqünə görə duz əlavə edə bilər.
Hazırlanması üsullarına görə şorbalar aşqarlı, şəffaf, pürevari (şorba-püre) və
müxtəlif (südlü şorba, soyuq şorba, şirin şorba) olur.
İsti şorbaların süfrəyə veriləndə temperaturda 75 dərəcədən aşağı və 85
dərəcədən yuxarı, soyuq şorbaların isə 7 dərəcədən aşağı və 14 dərəcədən yuxarı
olmamalıdır.
Dostları ilə paylaş: |