5
Zəfəranlı bulyon. Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə
qarışdırılır. Kəfi və üzərindəki yağı arabir yığılır və coşqun qaynamağa yol verilmir.
Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü
və duz qatılır. Hazır olduqdan sonra süzülüb, zəfəran şirəsi vurulur. Bulyonu ətdən
hazırlayırlar. Süfrəyə verildikdə narın doğranmış göyərti əlavə edilir.
Qoyun və mal ətinin sümüyü - 500 q, baş soğan - 40 q, yerkökü - 40 q, cəfəri
kökü - 20 q, keşniş və ya şüyüd - 20 q, zəfəran - 0,4 q, duz.
Dostları ilə paylaş: