6
Lyezon. Lyezon hazırlanması üçün çiy yumurta yaxud təkcə yumurta sarısı
dibi qalın qaba salınıb içinə tədricən qaynadılmış süd tökülüb, sonra qatılaşana və
birnövlü kütlə şəklinə düşənəcən 60-70 dərəcə temperaturda qaynadılır. Lyezon,
şorba buraxılan zaman onun içinə vurulur. Lyezon vurulduqdan sonra şorba
qaynadıla bilməz.
Balva. Balva əsasən balba bitkisindən bişirildiyinə görə belə adlanır. Bunu
bişirmək üçün əvvəlcə düyü qazana tökülüb 2 litr suda qaynamağa qoyulur. Balba,
yəni əməköməci kobud saplardan təmizlənib yuyulur, baş soğanla birlikdə ətçəkən
maşından keçirilir (və yaxud taxta üstündə narın doğranır) yarımbişmiş düyünün
üstünə əlavə edilir. Əgər əlavə göyərti də qatılacaqsa, onlar da xırda doğranıb
balba ilə birlikdə qazana tökülməlidir. Balba ilə düyü tam bişdikdən sonra onu
həlimli olması üçün süzgəcdən keçirməklə əzirlər və yenidən qazana töküb üstünı
suda çalınmış un və tam bişdikdən sonra turşu, duz, yağ vurur, ən sonda isə
yumurtanı az suda çalaraq xörəyə qarışdırırlar. Süfrəyə dərin boşqabda, yaxud
kasada verilir və yanına duz, istiot qoyulur.
Balba (əməköməci) - 8 dəstə, düyü - 100 q, buğda unu - 60 q, ərinmiş yağ -
120 q, yumurta - 2 ədəd, coo və ya lavaşana - 40 q, istiot, duz. Zövqə görə buraya
2 dəstə ispanaq, 2 dəstə keşniş və turşu əvəzinə 2 dəstə turşəng əlavə etmək olar.
Turşu sıyıq. Düyü bulyonda bişirilir və üzərinə yağda qızardılmış soğan və
ya yerkökü əlavə edilir. sonra yuyulub doğranmış göy soğan, ispanaq və
quzuqulağı qatılıb bişirilir. Hazır olmazdan qabaq lavaşana, istiot və duz vurulur.
Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Bulyon - 1600 q, düyü - 120 q, baş soğan - 100 q, göy soğan - 100 q, yerkökü -
100 q, ispanaq - 200 q, quzuqulağı - 200 q, ərinmiş yağ - 60 q, keşniş və ya nanə -
40 q, lavaşana - 10 q, duz, istiot.
Dostları ilə paylaş: