50
Langet xörəyi üçün can ətinin nazik hissəsindən hərəsi 2 tikədən ibarət 1-1,5
sm qalınlıqda porslar kəsilib toxmaqla ehmal döyülüb, yastılanır və qovrulur.
Antrekot xörəyi üçün dal ayaqların yuxarı və daxili hissələrindən yaxud bel
ətindən və miyantək 1,5-2 sm qalınlıqda porsluq tikələr kəsilir, toxmaqla döyülüb
yastılanır və müfaviq formaya salınaraq vətərləri və pərdələri kəsilib qovrulur.
Qulyaş xörəyi üçün 2-ci növ təmizlənmiş yumşaq ətdən kubik formasında
hərəsi 4-6 tikədən ibarət porslar kəsilib isti emala göndərilir.
Dostları ilə paylaş: