Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə79/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Düyü  qiyməsi.  Burada  qaynar  duzlu  suya  seçilib  yuyulmuş  düyü  tökülür  və 
zəif  qaynatmaqla  bişirilib  hazır  vəziyyətə  gətirilir,  sonra  həmin  düyü  ələkdən 
süzülür və üstünə qaynar su tökülür. 
Hazır olmuş  düyünün  içinə bərk bişirilərək xırda doğranmış  yumurta,  yağ  və 
duz əlavə edilib hamısı birlikdə ciddi qarışdırılır. 
Balıq  qiyməsi.  Burada  balıq  filesi  (suf,  durna  balığı,  treska)  dəridən  və 
sümükdən  azad  edilib  dibinə  yağ  sürtülmüş  yastı  qazana  yaxud  dərin  tavaya 
qoyulur  və  üstünə  azacıq  su  yaxud  bulyon  tökülərək  qapağı  örtülüb  hazır  olunca 
bişirilir. Hazır olduqdan sonra balıq doğranır və içinə baş soğan, döyülmüş istiot və 
balıq  bulyonunda  hazırlanmış  ağ  sous  əlavə  edilərək  hamısı  birlikdə  ciddi 
qarışdırılır. 
Ət qiyməsi. Ət qiyməsi çiy yaxud bişmiş ətdən hazırlanır. 
Çiy  ət  qiyməsi  hazırlamaq  üçün  çiy  ət  (mal  əti,  qoyun  əti)  40-45q  çəkidə 
tikələrə doğranıb tavada qovrulur və qaba qoyulub üstünə azacıq su yaxud bulyon 
əlavə  edilərək  hazır  olunca  bişirilir.  Bu  qayda  hazır  olmuş  ət  yağda  qızardılır  baş 
soğanla  birlikdə  ətçəkən  maşından  keçirilir,  içinə  duz,  döyülmüş  istiot  və  qırmızı 
sous əlavə edilərək hamısı birlikdə ciddi qarışdırılır. Buna suda bişirilmiş düyü və 
bərk bişirilib narın doğranmış yumurta da qatıla bilər. 
Bişmiş  ət  qiyməsi  hazırlamaq  üçün  bişmiş  ət  xırda  tikələrə  doğranıb  yağda 
qovrulmuş  baş  soğanla  birlikdə  ətçəkən  maşından  keçirilir  və  çiy  ətdən 
hazırlandığı kimi qiymə salınır. 


 
68
 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin