3) Mayalı xəmirdən hazırlanan məmulatların tərtibə salınması və bişirilməsi. Pirojki. Burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə
qoyulub kənarları birləşdirilərək düzbucaq formasına salınır. Sonra pirojki bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülüb üstünə
lyezon sürtülür. Kökə qalxdıqdan sonra 250-280 dərəcə temperaturda bişirilir.
Kəsmikli vatruşka. Burada hazır xəmir girdə bulka şəklinə salınır və bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülür. Həmin
bulkaların mərkəzində ağac dəstəklə oyuq açılır və bura kəsmik qoyulur. Hazır
vatruşka qalxsın deyə. 25 dəqiqə isti yerə qoyulur və bundan sonra üstünə lyezon
sürtülüb 250-280 dərəcə temperaturda bişirilir. Vatruşka habelə povidla yaxud
riçal ilə də hazırlana bilər.
Ponçik. Burada yağlı xəmir girdə kökələr şəklində kündələnir, ortasına
mürəbbə yaxud povidla qoyulur, kənarları birləşdirilib yapışdırılır və məmulat
kürəcik formasına salınır.
Sonra ponçik, içinə un səpilmiş taxta tabağa düzülüb, qalxsın deyə 25-30
dəqiqə isti yerdə saxlanır və bol yağ içində qovrulur.
Hazır ponçik üzərinə şəkər yaxud şəkər pudrası səpilir.