Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 12.  Eksperimentlərin aparılmasının riyazi metodları və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   80
Tədqiqat üsulları

Mühazirə 12.  Eksperimentlərin aparılmasının riyazi metodları və 
dəqiqləşdirilməsi 
Təbiət  qanunlarını  izah  etmək  üçün  çox  vaxt  riyaziyyatdan  istifadə 
olunur.  Riyaziyyatın  köməyilə  dəqiq  elmlərdə  müəyyən  olunmuş  faktların 
kəmiyyətcə  analizi  aparılır,  riyazi  modellər  qurulur.  Empirik  tədqiqat 


 
 
üsullarından  rasional  üsullara  keçid  riyaziyyatın  köməyilə  aparılır. 
Eksperimental tədqiqatlar çox baha olduqda və ya mümkün olmadıqda riyazi 
modellərdən istifadə olunur.  
Riyazi modellər aşağıdakı ardıcıllıqla yaradılır: 
- cavabı axtarılan əsas suallar formalizə edilir; 
- tədqiqat obyekti haqqında informasiya axtarılır; 
- modelləşdirmənin məqsədləri aydınlaşdırırlır; 
-  modelləşdirilən  obyektin  ən  mühüm  əlamətləri,  əsas  xarakteristikaları 
müəyyən edilir; 
- obyektlə işləmək prinsipləri işlənilir; 
- analitik və hesablama metodlarının köməyilə tədqiqat aparılır; 
- yekunda əsas suallara cavab tapılır. 
Modelləşdirmənin xüsusiyyəti budur ki, keyfiyyətcə və kəmiyyətcə analiz 
üsullarını  birləşdirmək  imkanı  olur.  Bu  zaman  obyektin  xarakteristikalarını 
təkcə  izah  etmək  deyil,  həm  də  proqnozlaşdırmaq  olur.  Həmçinin, 
xarakteristikalar arasında qarşılıqlı əlaqəni müəyyən etmək olur.  
Dinamik  proseslər  diferensial  tənliklərlə  təsvir  olunur.  Diferensial 
tənliklərlə  ifadə  olunan  modeli  öyrəndikdə  tədqiqat  metodikası  bu  ardıcıllıqla 
aparılır: 
• 
Problemin,  terminologiyanın  müəyyən  edilməsi,  sistemin  davranışının 
təsvir olunması; 
• 
Riyazi modelin yaradılması; 
• 
Modelin  keyfiyyətcə  öyrənilməsi,  o  cümlədən  modelin  parametrlərinin 
faz müstəvisində diaqramların qurulması; 
• 
Diferensial tənliklərin ədədi həll olunması. 
Riyaziyyatın dili dəqiqi elmlərin çoxfunksiyalı və universal dilidir. 
Elmi  tədqiqatlarda  çox  istifadə  olunan  riyazi  metodlardan  bəziləri 
bunlardır: 
- spektral analiz üsulu; 


 
 
-  statistik  sınaqlar  (Monte-Karlo)  üsulu  –  təsadüfi  kəmiyyətləri 
modelləşdirməklə riyazi və texniki məsələlərin ədədi həll üsulu; 
- ən kiçik kvadratlar üsulu. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin