MühaziRƏ Etnik müxtəliflik və milli ideya ƏDƏBİyyat: Multikulturalizmə giriş. Dərslik. Bakı 2019 plan: Milli ideologiyada etnik müxtəlifliyin mahiyyəti


Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri



Yüklə 38,46 Kb.
səhifə2/5
tarix13.12.2023
ölçüsü38,46 Kb.
#175005
növüDərs
1   2   3   4   5
MUHAZIRE 5

2. Azərbaycanın polietnik təkamülünə baxış və onun tolerantlıq ənənələri. XX əsrin əvvəllərində görkəmli etnoqraf, Vəliyev(Baharlı) göstərmişdi ki, Azərbaycan etnoqrafik muzeydir. Hal-hazırda Azərbaycan Respublikası məka-nında 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talış-ları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. Azsaylı xalqlardan, alban soylrından olan udilərə diqqət yetirərək göstərmək lazımdır ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində məlumat vermişdir. E.ə. I əsrdə yaşamış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban soyunun arasında udilərin adını göstərmişdir. Udilər əsasən Qafqaz Albaniyasının Uti və Arsax vilayətlərində yaşamışlar. Alban soylarından olan ingiloylar da diqqəti çəkir ki, onlar Qafqaz Albaniyasının Kambisena vilayətində yaşamış, erkən orta əsrlərdə xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər.
İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın diofizit və monofizit məzhəblərini qəbul etmişdi.
Ərəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş yayıldığı ərazidə, Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristian kitab əhli olduğu üçün ərəblər onların dini etiqadına dözümlə yanaşmışdılar. Paralel olaraq, Qafqaz Albaniyasını Bizansdan uzaqlaşdırmaq məqsədi ilə VIII əsrin əvvəllərindən etibarən (704-cü il) Alban kilsəsini iyerarxik baxımdan monofizit erməni kilsəsinə tabe etdirmişdilər. Belə ki, Ərəb xilafəti xristianlara qarşı münasibətdə sasanilərin yürütdüyü siyasəti davam etdirir və nəticədə, 704-cü il hadisələrindən sonra Alban kilsəsinin erməni-kilsəsindən asılı vəziyyətə düşməsi, əhalini öz dilindən, tarixi yaddaşından uzaqlaşmasına səbəb olur və Qafqaz Albaniyasının Arsax, Uti bölgəsinin əhalisi konfessional-mədəni assimilyasiyaya – qriqoryanlaşmaya məruz qalır. Kambisena əyalətinin əhalisi ingiloylar isə İberiya ilə həmsərhəd olduğu üçün gürcü - pravoslav kilsəsinə üz tutur və gürcüləşirlər.
Tarixin faciəvi dönüşü ölkə əhalisinin ayrı-ayrı bölgələrinin etno-kon-fessional inkişafını müxtəlif səmtlərə istiqamətləndirmiş və eyni soya, kökə, tarixə malik əhali konfessional amil əsasında bir-birinə yadlaşmış və “din ayrı qardaş” aforizmi söz lüğətimizə daxil olmuşdur.
Azərbaycan xalqının tarixən yaşadığı konfessional təkamülü ona poli-konfessional mədəniyyət çalarları gətirmişdir. Ölkə ərazisində zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Azərbaycan Respublikasının şimal – qərb, cənub-qərb bölgələrində qorunub saxlanılan alban xristian abidələri xalqımızın tarixi yaddaşı üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur. Əcdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırmışdır.
Ölkə əhalisinin etnik alloxton qrupuna aid etnoslardan olan ermənilər II Tiqranın apardığı işğalçı siyasətindən başlayaraq fasilələrlə ölkənin bir sıra bölgələrində cüzi sayda məskunlaşsalar da Rusiya imperiyasının apardığı kö-çürmə siyasəti nəticəsində XIX əsrin birinci otuzilliyində ermənilər İran və Os-manlı dövlətlərindən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürül-müşlər.

Yüklə 38,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin