Müəssisələrdə əmək mühafizəsi xidmətinin təşkili
Sənaye məüsisələrində əmək müafizəsi xidməti xüusi əsasnaıııə üzrə təşkil olunur. Bu əsasnaməyə göə məüsisələrdə əmək müafizəsi işləıini müəsisənin inzibati-texniki işçiləri, yəni ümumi təsərrüfat miqyasında direktor, baş müəndis; ayrı-ayrı sahələrdə isə bilavasitə həmin sahələrin rəhbəıiəri, sex rəisləri, laboratoriya müdirləri və s. təşkil edir və ona cavabdeh olur. Bunlar aşağıdakıları yerinə yetirməyə borcludur:
a) texnoloji proseslərin və əməliyyatların yerinə yetirilməsi təhlükəsiz şəraiti yaratmağa;
b) təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ağır, zərərli və təhlükəli işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə vaxtlı- vaxtında tədbirlər görməyə;
c) binaların daxilində normal temperatura-nəmlik və təmiz hava şəraiti yaratınağa;
d) işlərə təhlükəsiz iş üsullarını öyrətməyə, təlimatların sistematik olaraq yerinə yetirillməsinin təmin etməyə;
e) işləri fərdi geyimlərlə və müafizə vasitələri ilə təchiz etməyə və s.
Məüsisələrdə əmək müafizəsi işinin təşkilinə ümumi rəhbərlik baş
müəndisə həvalə olunur, təşkilati-metodiki işlər, əmək müafizəsi üzrə qərarların hazırlanması və onların yerinə yetirilməsinə nəzarət isə əmək müafizəsi xidməti (əmək müafizəsi üzrə müəndis, baş müəndis) tərəfindən həyata keçirilir.
Əmək müafizəsi xidməti oz fəaliyyətini təsdiq olunmuş plan əsasında və bilavasitə müsisənin baş mühəındisinin rəhbərliyi ilə həyata keçrir. Bu xidmətin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
a) sex, və sahə rəhbərləri tərəfindən əmək müafızəsi üzrə qüvvədə olan qanunların, təlimatların, norma və qaydaların yerinə yetirilməsinə nəzarət etmək;
b) işçilərə xüsusi geyim, xüsusi ayaqqabı, fərdi müafızə vasitələri, sabun və s. vaxtında verilməsinə nəzarət etmək;
c) təhlükəsiz iş şəraiti yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasinı, işçilərə təlimatların verilməsini təşkil etmək;
d) əmək müafızəsi üzrə tədbirlərin vaxtında maliyyələşdirilməsi və ayrılmış vasitədən d geniş istifadə olunmasına nəzarət etmək;
e) təhlkəsizlik texnikası kabinə və guşələrinin təşkil edilməsində bilavasitə iştirak etmək;
f) istehsalatda əlaqədar bədbəxt hadisələrin təhqiq olunmasmda iştirak etmək, onlarm səbəblərini öyrənmək, bunlarm qarşısının alınması üzrə təkliflər vermək və s.
əmək müafizəsi xidmətinin nasaz maşın və avadanlıqların işini, habelə işçiləri təhlükə qarşısında qoyan işləri, təhlükəsizlik texnikası qaydalarının kobud pozulması ilə aparılan işləri dayandırmaq, qaydaları
pozaıı şəxsləri kənar etmək və buııların aradan qaldırılması üzrə mıiəssisə rəhbəıiiyi qarşısında məsələ qaldırmaq kimi hüquqları vardır.
Əmək mıihafizəsi xdməti üzrə vəzifələrini həmkarlar ittifaqı təşkilatı ilə sıx əlaqədə və geniş ictimai kütləyə arxalanaraq yerinə yetirir.
Dostları ilə paylaş: |