Mühazirə GİRİŞ Qısa tarixi arayış


kəmərlərinə vurmazdan əvvəl qızdırmaq



Yüklə 134,26 Kb.
səhifə13/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

kəmərlərinə vurmazdan əvvəl qızdırmaq.


Mühazirə 9. Neft və neft məhsulları saxlanılan dərinlik rezervuarları üçün nasoslar

Dərinlik rezervuarları neft və neft məhsulları saxlamaq üçün istifadə olunur. Onlar müxtəlif həcmdə və müxtəlif dərinliklərdə düzəldilir (10m dərinliyə qədər). Dərinlik rezervuarlarından nef və neft məhsullarını vurmaq üçün üzərində partlayışa qarşı davamlı olan elektrik mühərriki yerləşən şaquli yüklənmiş artezan tipli nasoslar geniş tətbiq olunur. Məlum şəraitdə bu tip nasoslar aşağıdakı üstünlüklərə malikdir: daimi axın altında işləyir, nasos binasının tikilməsi


tələb olunmur, xidməti personalın təhlükəsizliyi təmin olunur.
Nasos aqreqatı nasos korpusundan, radial bərkidilmiş başlıqdan və basqılı kolonkadan ibarətdir. Çarxın vtulkasının sverlo formalı hissələrindəki dəliklər «20H-22X3» tipli nasosların işçi çarxını ox boyunca yaranan qüvvənin təsirindən yükləyir. Çarxının diametri kiçik olan nasoslar üçün işçi çarxı ox boyunca yaranan təzyiqlə yüklənmir və rotorun kütləsi də daxil olmaqla bütün yükləri kürəcikli təkərlər öz üzərinə qəbul edir.
Nasosun bu hissələrinin hamısı paslanmayan və termo çeşidlənmiş poladdan hazırlanır. Kürəcikli təkərlərin yağlanması nəql olunan neft məhsulu ilə yerinə yetirilir. Nasosun işçi çarxı isə sürtülmədən qorunması üçün bürünc, yaxud çuqun metallarından düzəldilir. Val nasosun daxilində birqatlıq qrafit və sormaitlə bərkidilir. Kürəcikli təkərlərin kamerası vurulan mayenin dövr etməsi, yaxud su boru kəmərindən suyun verilməsi ilə soyudulur.
Dərinlik rezervuarlarının yerləşmə dərinliyindən asılı olaraq nasosun basqılı kolonkasında həlqələrin sayı dəyişir. Belə tipli nasoslar 0,5 m3/san – yə qədər sərf verimi ilə buraxılır.
Neft tullantıları nəql edən nasoslar
Neft tullantılarının nəql olunması üçün sinxron elektrik mühərrikli «ÜN-150» tipli mərkəzəqaçma nasosları buraxılır. Bu nasoslar üfüqi, seksiüalı, işçi çarxı birtərəfli yerləşən birkorpuslu olmaqla, hidravliki qanunlara tabe olan, kombinasiya tipli və kürəcikli təkərləri yağlana bilmə xüsusiyyətlərinə malikdir. Yağlanma «HM-32» tipli burulğanlı nasoslarla yağın 0,001m3/san sərfi, n=3000 dövr/dəq. Dövr tezliyi ilə 0,4MN/m2 təzyiqlə vurulması ilə yerinə yetirilir. Yağ
axının 20% - dən 100% - ə qədər nominal verilməsində bu nasosların öz aralarında paralel işləməsi təmin olunur.
Neft tullantıları nəql edən mərkəzdənqaçma nasoslarının (MN) texniki xarakteristikaları aşağıdakı cədvəldə verilmişdir. Porşenli nasoslar porşen və plunjer hissələrindən ibarətdir. Bu qrup nasoslarda işçi orqan (porşen və plunjer) geri qayıdan axını işçi çarxa daxil edə bilir.
Porşenli nasoslarınəsas orqanları – silindr, yaxşı düzəldilşmiş işçi səthi
və irəli – geri hərəkət etmək qabiliyyətinə malik olan porşendən ibarətdir.
Şəkil 3.2–də porşenli nasosların işləmə sxemi göstərilmişdir. Nasosun silindr (6) hissəsi klapanlı qutu (3) ilə birləşmişdir. Sorma (2) və vurma (4) klapanları,
qutunun yuvalarında yerləşdirilmişdir. Porşen geriyə hərəkət etdikdə sorma nəticəsində (2) klapanı açılır, (4) klapanı bağlanır və qutuya sorma (1) borusundan neft daxil olaraq qutunu doldurur.
Porşen irəliyə hərəkət etdikdə isə (3) qutusuna dolmş neft porşenin göstərdiyi təzyiq nəticəsində (2) klapanı bağlanır, (4) klapanı açılır və neft axını (5) vurma borusuna daxil olur. Porşenə hərəkət elektrik mühərriki, yaxud dizellə işləyən əyri dişli sürgü qolu mexanizmindən (10) əyri
formalı diş, sürgü qolu (9), sürüngəc (8) və ştok (7) vasitəsi ilə ötürülür.
Porşenin sürəti yaranan ətalət qüvvəsinin təsiri nəticəsində məhdudlaşır. Bu səbəbdən porşeni əks ötürmələrlə birləşdirmək olduqca çətindir. Porşenin hərəkət sürəti sabit olmadığından nasosun silindrindən vurulan neftin (5) borusuna
daxil olması qeyri – mütəzəm olacaqdır. Belə tipli nasoslar yaxşı sorma və vurma borusunda (5) yüksək təzyiq yaratmaq qabiliyyətinə malikdirlər.
Porşenli maşınlar sahəsində bu tip nasosların tətbiqi neft çırxarmada, neft – qaz sənayesində onların emalında və neft – kimya sənayesində geniş yayılmışdır. Son illərdə porşenli nasosların konstruktiv formaları 10 illik müddət ərzində təkmilləşmiş və yüksək hidravliki gicə malik modifikasiyaları alınmışdır.
Neftçıxarma sənayesində porşenli nasoslar qazmada quyuya gil məhlulunun vurulmasında və sementlənməsində tətbiq edilir. Bu nasoslardan eləcə də dərinlik nasosları kimi neftin çıxarılmasında, müəyyən layların hidravliki dağılmasında və neft sənayesində bəzi daxili işlərin görülməsində istifadə olunur.
Porşenli nasoslar neftayırma zavodlarında neftin nəql edilməsi, distilləsi və neft məhsullarının emal edilməsində böyük rol oynayır. Bu nasoslar öz tətbiqini magistral neft boru kəmərlərində, kimyəvi zavodlarda, keyfiyyətli texnoloji iş proseslərinin yaradılmasında, həmçinin su təchizatında və kanalizasiyalardan çirkab sularının axıdılmasında tapmışdır.

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin