Mühazirə GİRİŞ Qısa tarixi arayış



Yüklə 134,26 Kb.
səhifə23/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Katod mühafizə üsulunda boru kəmərinin səthində mənfi potensial yaradılır və onun səthindən elektrik cərəyanının çıxmasının qarşısı alınır. Bu məqsədlə boru kəməri katoda çevrilir və ona daimi cərəyanın mənfi qütbü, müsbət qütbü isə anoda – yəni boru kəmərindən kənarda torpağa basdırılmış xüsusi elektrod vasitəsilə birləşdirillir (şəkil 5.1). Nəticədə cərəyan xüsusi elektroddan boru kəmərinin
korroziyasının qarşısını alır.
Şəkil 5.1. Boru kəmərinin katod mühafizəsinin sxemi



1- daimi cərəyan mənbəyi; 2- anod; 3- boru kəməri.
Protektor mühafizə üsulu – boru kəmərlərini və digər qurğuları, katod mühafizə üsulunu tətbiq etmək mümkün olmayan hallarda, tətbiq olunur. Bu üsul mühafizə olunan qurğuların yaxınlığında torpağa basdırılmış elektrodlar – protektorlar vasitəsilə həyata keçirilir. Protektor müzhafizə qurğusunun iş prinsipi elektrolitə batırılmış iki elektrodun qapanması zamanı dövrədə əmələ gələn cərəyanın az mənfi potensiallı elektroddan (anoddan) daha çox mənfi potensiallı
elektroda (katoda) doğru hərəkətinə əsaslanır.


Mühazirə 15. Ətraf mühiti neftlə çirkləndirən mənbələr.

Ətraf mühiti çirkləndirən müəsisələr içərisində neft sənayesi müəsisələri əsas yerlərdən birini tutur. Praktiki olaraq neft sənayesinin əsas obyektləri – neftin çıxarılması, nəqli, onun emalı, emaldan alınmış məhsulların istifadəçiyə çatdırılması prosesləri ətraf mühiti çirkləndirən potensial mənbələrdir. Bir ildə çıxarılan neftin ümumi miqdarının 2-3% itkiyə gedir, bu itkinin 0,23%-i isə Dünya okeanına daxil olaraq okean sularını çirkləndirir.


Neftçıxarma rayonlarında torpağın və suyun neftlə çirklənməsinin əsas səbəbləri aşağıdakılardır: Neftin çıxarılmasında köhnə texnologiyaların tətbiqi: istifadə olunan avadanlıqların ətraf mühitin çirklənməsinin qarşısını ala bilməməsi; neft mədənlərində quyuların qazılması zamanı quyu daxili kollektorların hermetliyinin pozulması, neftin nəqli zamanı boru kəmərlərində baş verən qəzalar. Bundan əlavə neft quyularının qazılması zamanı ətraf mühit buruqlarda olan cihazların normal işləməməsi səbəbindən (quyudaxili təzyiqin nizamlanması) işlənmiş məhlulların (gilli məhlul) ətrafa atılması səbəbindən çirklənir.
Çıxarılma ərazisindən, neft və neft məhsulları emal sənaye müəssisələrinə magistral boru kəmərləri vasitəsilə nəql edilir. Xüsusi diqqət çəkən belə borularda baş verən qəzalar zamanı ətraf mühitdə, xüsusən də biogesenozlarda böyük dəyişiklər baş vermişdir. Çaylardan, kanallardan, göl və su ambarlarından neft boru xəttləri keçdikdə qəza zamanı min tonlarla neft və neft məhsulları suları çirkləndirir. Qeyd etmək lazımdır ki, belə borularda baş verən qəzaların əsas səbəbi xəttlərin köhnəlməsidir, belə ki, boruların 48%-dən çoxunun işləmə müddəti 20 ildən artıq, yalnız 7%-in işləmə müddəti isə 10 ildən azdır.
Neftin emal məhsulları saxlanılan müxtəlif ambarlar və emal müəssisələri su və qrunt sularının çirklənməsində mühüm rol oynayır. Neftin emalı zamanı ətraf mühiti çirkləndirən tullantılar qazlar, çirkab suları və texnoloji kollektorlardan axan sızmalardır. 17 Mütamadi sızmalar və qəzalar zamanı neft məhsullarının ətrafa dağılması nəticəsində neft emalı zavodlarının ərazilərindən və neft məhsulları saxlanılan anbarlardan süzülən neft məhsulları yeraltı suların və qruntların aerasiya zonasının səthlərində müxtəlif neft məhsullarının texnogen linzalarının formalaşmasına səbəb olur.
Öz təsərrüfat fəaliyyətində neft məhsullarından istifadə edən sənaye müəssisələri, avtomobil və dəmir yolu nəqliyyatları da ətraf mühiti karbohidrogen tullantılarla çirkləndirən mənbələrə aid edilir. Belə ki, atmosferə atılan zəhərli tullantıların 48%, çirkab suların 27%, bərk tullantıların 30% və istixana effekti yaradan qazların 70% yanacaq-energetika kompleksi müəsisələrinin payına düşür. Belə çirkab suların tərkibi isə müxtəlif kimyəvi maddələrlə zəngin olur. Bir çox ölkələrin neft emalı sənayesi daha az təhlükəli sənaye sahələrinə aid edilir.
Birincisi – neft emalı müəsisələrində yüz illərlə toplanmış təcrübə ətraf mühitin ekoloji təhlükəsizliyini müasir sənaye texnologiyalarına nisbətən daha etibarlı təmin edər. İkincisi – avropa ölkələrində bir çox neft emalı müəsisələri kənarda yerləşdirilmişdir ki, bu da ətraf mühitin mühafizəsində və qəzalar zamanı əhalinin ekoloji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Üçüncüsü – bu ölkələrdə neft emalı müəsisələri müasir tələblərə cavab verən avadanlıq və cihazlarla təmin olunmuşdur ki, fövqəladə hadisələrin yaranması riskini azaltmış olur.
Eyni zamanda neft emalı müəsisələri daima genişlənir, kommunikasiya xəttləri sıxışdırılır, sənaye müəsisələri ilə yaşayış məntəqələri arasındakı məsafə daralır, istehsalda daha təhlükəli substansiyalardan istifadə edilir. Bu isə neft emalı müəsisələri daxilindəki qarşılıqlı əlaqələrin genişlənməsinə gərginliyin artması nəticəsində normal qəzaların baş verməsinə səbəb ola bilir. Avropa ölkələrindən fərqli olaraq Rusiya Federasiyasında vəziyyət ürəkaçan deyildir. Neft emalı müəsisələrinin texniki təchizatı köhnəlmişdir.
Bəzi müəsisələrdə köhnəlmiş avadanlıqlar 80% təşkil edir. 1990-cı ildən sonra müasir avadanlıqlarla təchiz olunmuş neft emalı müəsisələri cəmi 4% təşkil edir. Emal 18 qurğularının işləmə müddəti qəbul olunmuş normativlərə nisbətən 2-2.5 dəfə artıq istismar edilmişdir. Avropa və Rusiyadan fərqli olaraq Respublikamızda “Qara şəhər” adlandırılan və Bakı şəhərinin demək olar ki, mərkəzindən keçən əsrlərlə inşa olunan neft emalı müəsisəsi şəhərdən kənara köçürülmüşdür. Bu müəsisənin ətrafında 35 min əhali yaşayırdı.
Artıq “Qara şəhər” “Ağ şəhər”ə çevrilmişdir və bu ərazidə böyük abadlıq işləri aparılır. Lakin təəsüflə qeyd etmək lazımdır ki, hələlik Neft-yağ zavodunda köhnə texnologiyalar üstünlük təşkil edir, ətraf mühitin çirklənməsində bu müəssisənin rolu böyükdür. Ətraf mühiti çirkləndirən neft emalı sənaye mənbələrini üç qrupa ayırırlar. Birinci qrupa mənbələrə texnoloji tullantılar yaradan proseslər aid edilir. bunlar katalitik krenkinq, sintetik yağlı turşuların istehsalı, elementer kükürdün istehsalı və başqaları aid edilir.
Ikinci qrup mənbələrə texnoloji sexlərdə və köməkçi istehsalda istifadə olunan, konstruksiyasında nöqsanları olan müxtəlif avadanlıqlar aid edilir. bunlar ətraf mühiti toksiki maddələrlə çirkləndirən texnoloji qurğuların sobaları, nasos və kompressorlar. Məşəl qurğuları, neft və neft məhsulları saxlayan rezervuarlar, nefttutucuları, durulducu hovuzlar, şlamtoplayıcılar və s. aid edilir.
Üçüncü qrupa maşın və aparatlara edilən xidmətin aşağı səviyyədə olması nəticəsində ətraf mühiti çirkləndirən mənbələr aid edilir. bu halda ətraf mühitin çirklənməsi, qəzaların baş verməsi yaxud işçilərin öz işlərinə məsuliyyətsiz yanaşması, səriştəsiz işçilərin fəaliyyəti ilə əlaqələndirilir. Bu qrupa işçilərin səhvi nəticəsində nümunələr götürülən zaman neft və neft məhsullarının ətrafa sızması, rezervuarların boşaldılması zamanı, aparat və kommunikasiya xətlərinin hermetliyinin pozulması, qurğuların təmirə hazırlanması zamanı neft məhsullarının kanalizasiya borularına axıdılması və başqa hallar aid edilir.
Neft emalı və neft kimya müəsisələrinin ətraf mühitə etdikləri neqativ təsirlərin xüsusiyyəti təbii mühitin komponentləeinin tədricən çirklənməsinin nəticəsidir. Belə vəziyyətdə bu sənaye müəsisələrinin ətrafında olan ərazilər – 19 torpaq örtüyü, atmosfer havası, səth və qrunt suları çox böyük çirklənmələrə tədricən məruz qalırlar. Planetimizdə eləcə də respublikamızda ekoloji problemləri neftqazçıxarma kompleksləri yaradır. Neft və neft məhsulları ilə çirklənmə nəticəsində torpağın morfoloji xüsusiyyətlərində əsaslı dəyişiliklər əmələ gəli
Neft əksər hallarda 5-10 sm dərinliyə keçir, bəzi hallarda neftlə çirklənmənin dərinliyi 40-50 sm-ə çatır. Bununla əlaqədar olaraq torpağın qumuşlu üz hissəsi qara-kül rəngi alır, onun ayrıayrı strukturları arasında yapışqanlıq əmələ gəlir. 25 Müəyyən edilmişdir ki, neft mikroorqanizmlərin inkişafına və onun biokimyəvi aktivliyinə təsir göstərir.
Torpaqların mikroorqanizmlərinin reaksiyası bu mikroorqanizmlərin tənzimlənməsi və onların fərdi xüsusiyyətlərindən asılıdır. Hətta torpağın neftlə və neft məhsulları ilə zəif çirklənməsi mikroorqanizmlərin miqdarının azalmasına və karbon qazının əmələ gəlməsinə səbəb olur. Mikroorqanizmlərin bərpa olunması çirklənmədən təxminən 6 ay sonra müşahidə olunur. Torpaq bitki örtüyünün çirklənməsinin nəticələrinin öyrənilməsi göstərir ki, çirklənmiş bütün ərazilərdə bitki örtüyünün az bir hissəsi 15 ildən sonra yarısı bərpa olunur. Bütün hallarda qazma vaxtı neftin ətraf mühitə tökülməsi nəticəsində bitki aləmi tamamilə məhv olur.

ƏDƏBİYYAT


1. K.M.Məmmədov, Z.S.Musayev, A.Ə.Mürsəlov, V.V.Məmmədova “Neftyığılan, nəql edən mühəndis qurğuları və avadanlıqları” Dərslik, Bakı, “Təhsil” NPM, Bakı-2009-cu il. 214 səh.


2. M.A.Kamilov, M.C.Nəsirov, M.R.Məmmədov “Neft və qaz qurğuları və texnoloji proseslər” Bakı-2003-cü il. 478 səh.
3. C.Mahmudov “Ekologiya” 320 səh, 2008-ci il
4. N.A.Verdizadə, M.H.İsgəndərov “Ekologiyanın əsasları və təbiətin mühafizəsi” 232 səh, 2008-ci il
5. C.M.Mahmudov “İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası”, 2006-cı il
6. Q.T.Mustafayev, E.Ə.Əlizadə “Ekologiya” 2001-ci il
7. Ş. Əhmədov, N. Muradov “Ekologiya. Atmosferin çirklənməsi” 84 səh, 2008-ci il
8. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev “ Mühəndis ekologiyası” 634 səh, 2012-ci il
9. N.Ə.Səlimova, B.Ş.Şahpələngova “Azərbaycanın ekoloji vəziyyətinin sağlamlaşdırılması” 91səh, 2008-ci
10. Q.Ş.Məmmədov “Ekologiya və ətraf mühitin mühafizəsi”, 2005-ci il
Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin