Neft-qaz qurğularında metalın korroziyasına təsir edən amillər. Metalın korroziyası – onun ətraf mühitin təsiri ilə dağılma prosesidir. Neft- qaz qurğularının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji proseslərin pozulmasına səbəb olur.
Ümumiyyətlə, metalın korroziyası kimyəvi və elektrokimyəvi olmaqla iki yerə ayrılır. Kimyəvi korroziya zamanı metal ilə aqressiv kimyəvi komponentlər arasında gedən reaksiya nəticəsində metalın aşınması və ya dağılması baş verir. Məsələn, neft çənlərinin və ya boru kəmərlərinin korroziyası kükürdlü neft və qazın saxlanıması və nəqli zamanı baş verir. Kimyəvi korroziyadan fərqli olaraq elektrokimyəvi korroziya zamanı metalın səthində müxtəlif dərinlikli və formalı ləkə və kəha şəkilində lokal (yerli) dağılmalar əmələ gəlir. Bu halda korroziya prosesi mikro və makro korroziya proseslərinə ayrılır.
Metal konstruksiyanın korroziyası havanın oksigeni və atmosferin nəmliyi nəticəsində baş verirsə, buna atmosfer korroziyası deyilir. Bu növ korroziya boru kəmərlərinin yerüstü və ya hava keçidlərində, həmçinin yerüstü neft çənlərində yaranır.
Yeraltı qurğuların (çənlərin, boru kəmərlərinin və s.) korroziyadan mühafizə vasitəsində və metodunda mühitin və torpağın korroziya qabiliyyətləri nəzərə alınmalıdır.
Torpağın elektrik müqaviməti nə qədər yüksək olarsa, cərəyan da bir o qədər az olacaq və bununla əlaqədar metalın korroziyası – dağılması azalacaqdır. Torpağın korroziya fəallığı onun xüsusi elektrik müqaviməti üzrə aşağıdakı göstəricilərlə xarakterizə olunur. Torpağın xüsusi elektrik müqavimətini təyin etmək üçün müxtəlif metod və cihazlardan istifadə olunur. Bu metodlar içərisində dörd elektrodlu metod daha geniş yayılmışdır. Bu metodla xüsusi elektrik müqavimətini ölçmək üçün MS-08 tipli potensiometrdən istifadə olunur.
Korroziyaya qarşı qoruyucu örtük Neft – qaz kəmərlərini və çənlərini mühafizə etmək üçün müxtəlif konstruksiyalı materiallardan ibarət qoruyucu örtük tətbiq olunur ki, bu da passiv mühafizə metodu adlanır.
Yeraltı magistral polad boru kəmərlərini korroziyadan mühafizə etmək üçün iki növ qoruyucu örtükdən – normal və gücləndirilmiş örtüklərdən istifadə olunur. Diametri 1000mm və daha böyük olan neft – qaz kəmərində yalnız gücləndirilmiş qoruyucu örtük tətbiq edilir. Bütün hallarda qoruyucu örtüklər aqressiv şəraitdə yüksək kimyəvi dayanıqlığa, neytrallığa, mexaniki möhkəmliyə, istiliyə davamlılığa, dielektriklik xassəsinə, boru səthinə olmalıdırlar. Metal neft çənlərinin dibinin xarici səthləri bitum örtüyü ilə mühafizə olunmalıdır.
Əksər hallarda boru kəmərlərinin və neft çənlərinin istismar müddətini artırmaq və normal təhlükəsizliyini təmin etmək üçün onların xarici və daxili səthləri həm qoruyucu örtüklə, həm də elektrik üsuli ilə mühafizə olunurlar. Qoruyucu örtüyün zədə və nasaz yeri İP -1-60 tipli zədəaxtarıcı cihazla aşkar edilir. Bu cihazın iş prinsipi, onun iki nöqtəsi arasındakı potensiallar fərqinin ölçülməsinə əsaslanır. Bu göstəricinin maksimal qiymətini bilavasitə zədə üzərindəki elektrod göstərir. Minimal mühafizə potensialını aşağıdakı düstur ilə təyin etmək olar:
Umin-1= Umin-18 (1 + β Δt) burada, Umin-1 – t0 C temperaturda minimum mühafizə potensialı; Umin-18 – 180C temperaturda mühafizə potensialı; βm = potensialın temperatur əmsalı 0-180 C temperatur üçün
βm =0,003; 18 – 30 0C temperatur üçün
βm =0,01; Δt = t1−18 ;
t1– boru kəmərinin divarının yaxınlığında temperaturdur. Magistral boru kəmərlərinin korroziyadan mühafizəsi katod protektor və elektrodrenaj qurğuları vasitəsi ilə mühafizə olunur. Elektrik mühafizə metodu sərbəst mühafizə tədbiri kim ayrılqda tətbiq olunmur, çünki qurğunun gücü çox artar və kəmərin mühafizə olunan sahəsinin uzunluğu çox sərt qısalır. Ona görə də bu növ mühafizə elektrokimyəvi üsulu tamamlayır.