4. Dəyişən cərəyan dövrəsində ardıcıl birləşdirilmiş rezistor, induktiv sarğac və kondensator olan hal. Bu halda (Şəkil 8) dövrədə ( ) yaranan dəyişən cərəyan bütün elementlərdə müvafiq gərginlik düşgülərinin meydana çıxmasına səbəb olur. Şəkil 9 –da rezistorda sarğacda və kondensatordakı gərginlik düşgülərinin amplitudlarının vektor diaqramı təsvir edilmişdir.
Şəkil 7
Şəkildən göründüyü kimi bucağı gərginliklə cərəyan şiddəti arasında fazalar fərqini müəyyən edir və
ifadəsi ilə təyin olunur. Düzbucaqlı üçbucaqdan
və buradan da
alırıq.
Şəkil 8 Şəkil 9
Z= - ifadəsi dövrənin tam müqaviməti,
X= isə reaktiv müqavimət adlanır. Beləliklə, əgər dövrədə gərginlik qanunu ilə dəyişirsə dövrədən axan cərəyan
Elastiki dalğalar.Uzununa və eninə dalğalar Mühitin hər hansı nöqtəsində həyəcanlandırılan rəqslər həmin mühitdə sonlu sürətlə yayılır və bu sürət, ümumiyyətlə desək, rəqslərin tezliyindən və mühitin xassələrindən asılıdır. Hissəciklər rəqs mənbəyindən nə qədər uzaqda yerləşərsə, bir o qədər gec rəqs etməyə başlayar; yəni, bu məsafə uzaq olduqca mühitin hissəciklərinin və mənbəyin rəqslərinin fazaları daha çox fərqlənir. Rəqslərin yayılmasını öyrənərkən mühitin diskretliyi nəzərə alınmır və ona elastiklik xassələrinə malik bütöv, səlt mühit kimi baxılır.
Rəqslərin səlt mühitdə yayılma prosesi dalğavari proses (yaxud dalğa) adlanır. Dalğa yayıldıqda mühitin hissəcikləri dalğa ilə birgə hərəkət etmir, onlar tarazlıq vəziyyəti ətrafında rəqs edir. Dalğa ilə birlikdə zərrəcikdən-zərrəciyə yalnız rəqsi hərəkətin halı və onun enerjisi ötürülür. Ona görə də təbiətindən asılı olmayaraq bütün dalğaların əsas xüsusiyyəti maddə daşınması olmadan onların yalnız enerji daşımasıdır. Təbiətdə və texnikada rast gəlinən dalğaların əsasən üç növünə baxılır: maye səthindəki dalğalar, elastiki dalğalar və elektromaqnit dalğaları.
Elastiki mühitdə yayılan mexaniki həyəcanlanmalar elastiki (və ya mexaniki) dalğalar adlanır. Elastiki dalğalar uzununa və eninə olur (Şəkil 1).
Şəkil 1
Şəkil 1
Uzununa dalğalarda mühit hissəcikləri dalğanın yayılma istiqamətində eninə dalğalarda isə dalğanın yayılma istiqamətinə perpendikulyar müstəvidə rəqs edir. Uzununa dalğalar sıxılma və genişlənmə deformasiyaları zamanı elastiklik qüvvələri meydana çıxan bütün hallarda, yəni bərk, maye və qazlarda həyəcanlana bilər. Eninə dalğalar isə sürüşmə deformasiyası nəticəsində elastiklik qüvvələrinin meydana çıxdığı mühitlərdə, yəni bərk cisimlərdə yarana bilər. Deməli, bərk cisimlərdə həm eninə, həm də uzununa dalğalar, maye və qazlarda isə yalnız uzununa dalğalar yarana bilər. Elastiki dalğa o zaman harmonik dalğa adlanır ki, bu dalğaya uyğun mühit hissəciklərinin rəqsləri harmonik olsun.
Ş əkil 2-də x oxu boyunca sürəti ilə yayılan eninə harmonik dalğa, yəni dalğa prosesində iştirak edən mühit hissəciklərinin yerdəyişməsinin bu hissəciklər arasındakı məsafəsindən asılılığı göstərilmişdir. funksiyasının qrafiki harmonik rəqsin qrafikinə bənzəsə də mahiyyətcə ondan fərqlənir. Belə ki, dalğanın qrafiki mühitin bütün hissəciklərinin tarazlıq vəziyyətindən nəzərən yerdəyişmələrinin verilən anda rəqs mənbəyindən olan məsafədən asılılığını ifadə edir. Rəqsin qrafiki isə verilən hissəciyin yerdəyişməsinin zamandan asılılığını əks etdirir.
Şəkil 2
Eyni fazada rəqs edən ən yaxın hissəciklər arasındakı məsafə dalğa uzunluğu adlanır Bir period müddətində dalğanın müəyyən fazasının yayıldığı məsafə dalğa uzunluğuna bərabərdir:
və
Dalğa prosesinə ətraflı nəzər salsaq görərik ki, təkcə oxu boyunca yerləşən zərrəciklər deyil, müəyyən həcmdə yerləşən bütün zərrəciklər rəqs edir, yəni dalğa rəqs mənbəyindən yayılaraq fəzanın yeni-yeni hissələrini əhatə edir. zaman anında dalğanın çatdığı nöqtələrin həndəsi yeri dalğa cəbhəsi adlanır. Eyni fazada rəqs edən nöqtələrin həndəsi yerinə dalğa səthi deyilir. Çoxlu sayda dalğa səthləri olduğu halda, hər bir an üçün dalğa cəbhəsi yalnız bir dənədir. Dalğa səthləri müxtəlif formalı ola bilər; ən sadə halda onlar paralel səthlərin və ya konsentrik sferaların çoxluğunu təşkil edir. Buna uyğun olaraq dalğa müstəvi və ya sferik dalğa adlanır (Şəkil 1.65).