Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə23/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

3. Ulduzvari topologiya (STAR) Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi hub (konsentrator), kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.

arası mübadilənin sadə olmasıdır.

  • Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi

qovşağın etibarlılığından asılı olmasıdır. Həmçinin şəbəkə avadanlıqları bahadır.
Ulduz topologiyasında əgər mərkəzi qovşaqda konsentrator yerləşərsə passiv ulduz, kompüter yerləşərsə bu topologiya aktiv ulduz topologiyası adlanır.
Bu topologiyadan istifadə olunan şəbəkələrə misal olaraq Ethernet 10 BASE T, 100 BASE T şəbəkələrini misal göstərmək olar.
Bu 3 əsas topologiyadan başqa İyerarxik(ağac) topologiyasından da istifadə olunur. 2 növü vardır: aktiv və passiv ağac. Aktiv ağacda düyün nöqtələrində kompüterlər, passiv ağacda isə konsentratorlar yerləşir.
Bundan əlavə ulduz-şin, ulduz halqa topologiyaları da mövcuddur.
Şəbəkə texnologiyaları
Klient-Server texnologiyası
Orta və böyük kompüter (mainframe) bazasında hesablama proseslərinin mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar “klient – server” (müştəri - server) texnologiyası ilə əvəz edilmişdir. Mərkəzləşdirilmiş idarəetmə sistemində bütün hesablama resursları, verilənlər və onların emal proqramları bir komputerdə cəmləşdirilir. İstifadəçilər terminallar (displeylər) vasitəsilə maşınların resurslarına daxil olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, ya da terminalla uzaq məsafəyə yerləşmişsə, telefon xətləri vasitəsilə qoşulur. Terminalın əsas funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa malik olmasıdır (kompüterin sıradan çıxması bütün hesablama prosesinin dağılması deməkdir).
Resurslardan istifadə edən klient (müştəri), resursları təmin edən tərəf isə server adlanır. Resurs kimi aparat komponenti (məsələn: disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası, hətta komputer də ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir. Məsələn: fayl-server və ya disk-server, printer-server və ya çap serveri, verilənlər bazası serveri, SQL – server (SQL dilində verilənlər bazasında sorğuların emal proqramları), komputer-server və s. Bütün bu serverlərin öz klientləri (müştəriləri) vardır.
Proqram təminatı baxımından klient-server texnologiyası klientlərin (müştərilərin) və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasıdır. Klient proqramlarında mətn və cədvəl prosessorları kimi proqramlardan, server proqramı kimi isə verilənlər bazasının idarəetmə proqramlarından istifadə edilə bilər. Klient – server proqram cütlüyü kimi verilənlər bazasından götürülmüş informasiyalı cədvələ malik sənədi emal edən mətn prosessorunun proqramını misal göstərmək olar. Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda klient, digər halda isə server rolunda çıxış edə bilər.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin