Transiver-İşçi stansiyaları yoğun koaksikal kabelinə qoşur.
Terminatorlar- Açıq kabellərə şəbəkənin qoşulması, həmçinin açıq qalan yerlərin torpaqlanması(bağlanması) üçün istifadə olunur.
Konnektorlar- nazik kabelləri şəbəkə kartı ilə birləşdirən kabel başlıqlarıdır.
Şəbəkə topologiyaları Elementlərin şəbəkəyə qoşulma konfiqurasiyasına topologiya deyilir.
1. Şin(Ümumşin) topologiyası. Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər.
Bu topologiyada bütün kompüterlər paralel olaraq magistral və ya seqment adlanan şinə qoşulurlar.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
Şəbəkə kartları (adapterləri) ucuzdur.
Mənfi cəhəti isə ondan ibarətdir ki, əsas kabel zədələndikdə şəbəkə öz işini itirir. Bu şəbəkələrdə kabel sisteminin işi yüksək səviyyədə olmalıdır. Ona görə də burda İEEE 802.3 standartından istifadə olunur. Şin topologiyalı lokal şəbəkələrə misal Ethernet 10 BASE-2, 10 BASE 5 (Burada qarşıdakı 10 şəbəkənin sürətidir, yəni 10 Mbit/san) göstərmək olar.
2. Halqavari (dairəvi topologiya) - Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir.
Halqavari topologiyalı şəbəkələrin əsas üstünlükləri:
Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
Halqavari topologiyalı şəbəkələrin əsas çatışmayan cəhətləri:
Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır.
Hər bir kompüterə iki kabel çəkilməlidir( biri ehtiyatda qalır).
Bu topologiya İEEE 802.5 standartı əsasında qurulur. Halqavari topologiyalı şəbəkələrə misal olaraq Token Ring şəbəkəsini göstərmək olar.
Mərkəzi qovşaq