Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


com - kommersiya təşkilatları edu



Yüklə 2,49 Mb.
səhifə30/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

com - kommersiya təşkilatları
edu - təhsil müəssisələri
mil - hərbi müəssisələr
gov - dövlət təşkilatları
net - şəbəkə agentlikləri və ya provayderlər
int - beynəlxalq təşkilatlar
org - qeyri kommersiya təşkilatları
Digər ölkələrdə 1-ci səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur.
Məs:
az –Azərbaycan
tr – Türkiyə
de Almaniya
ru – Rusiya
ch – İsveçrə
uk Böyük Britaniya
fr – Fransa
ua – Ukrayna
ca – Kanada
Lokal ünvanlar alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları tərəfindən təyin edilir. Bütün mövcud lokal şəbəkə texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur. Məsələn,
11-A0-17-3D-bc-01.
İnternet xidmətləri
Elektron poçt (e-mail). Hazırda e-mail ən geniş yayılmış rabitə xidmətidir.
İlk elektron poçt 1971-ci ildə BBN firmasının mühəndisi Rey Tomlinson tərəfindən yaradılmışdır. O, ilk elektron məktubu göndərmək üçün SNDMSG proqramını işləyib hazırlamışdır. Tomlinson istifadəçi adını domenin adından ayırmaq üçün "@" simvolundan istifadə etmişdir, ingilis dilində bu, "at" (-da, -də şəkilçiləri) deməkdir. Başqa sözlə, istifadəçinin hansı domendə olduğunu bildirir. SNDMSG proqramının köməyilə ARPANET-də ilk elektron məktub göndərilmişdir.
Elektron poçtla siz dünyanın müxtəlif yerlərindəki insanlarla əlaqə qura bilərsiniz. İnsanlar bu xidmətdən ənənəvi məktub, telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçt uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçt vasitəsilə İnternetdə informasiya göndərilir və əldə edilir. İnternetin bu xidməti vasitəsilə müxtəlif ölkələrdə milyonlarla insan arasında informasiya mübadiləsi baş verir. Elektron poçtdan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur. İnternetin xidmətləri arasında elektron poçt ilə əlaqə yaratmaq ən ucuz başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi offline rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi online rejiminə keçir, daha dəqiq desək, poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompüterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır. Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş məlumatların göndərilməsini təşkil edir. MS-DOS üçün MAİL və WINDOWS üçün isə Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur. Poçt ünvanı aşağıdakı quruluşa malikdir:
İstifadəçi @ qovşaq kompüteri, altdomen, I səviyyəli domen. (elm@tqdk.gov.az)
İstifadəçi – bu, istifadəçinin adıdır. @ - kommersiya işarəsi istifadəçinin adını qovşaq kompüterin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra) istifadəçinin İnternet ə qoşulduğu kompüterin ünvanını göstərir. Kompüter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.
Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur:

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin