İnternet qlobal şəbəkəsi İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır. Beləliklə, sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarınla və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini iyerarxik təşkil edən protokol yığını protokollar steki adlanır.
Müxtəlif protokollardan istifadə edən şəbəkələrin (məs., lokal və qlobal) əlaqələndirilməsi üçün şəbəkə şlüzlərindən (ing. Gateway) istifadə edilir. Şəbəkə körpüləri (ing. bridge) isə lokal şəbəkələrin seqmentlərini birləşdirir.
İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:
TCP (Transmission Control Protocol) –verilənlərin ötürülmə protokolu isə paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Müəyyən tələblər səviyyəsində ötürüləcək informasiya paketlərə ayrılır və son məntəqədə informasiyanın vahid halda toplanmasına cavabdehlik edir.
IP (Internet Protokol)– şəbəkə protokolu – köməyilə növbəti addımda hazır paketlər ardıcıl şəkildə informasiya qəbuledicisinə ötürülür, son nəticədə paketlərin alınıb alınmaması TCP protokolu ilə yoxlanılır.
Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:
ARP (Address Resolution Protocol, ünvanların müəyyən edilməsi protokolu): 32-mərtəbəli IP-ünvanları, loakl şəbəkələrin ünvanlasrına, məsələn, Ethernet ünvanlarına çevirir.