Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə33/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Hipermüraciət (hyperlink) – İnternetin müxtəlif resursları arasında müraciətdir. Hipermüraciətlər elektron sənəddə seçilirlər (digər (əsasən göy) rənglə, qalın şriftlə və s.). İstifadəçi kursoru həmin sözün üzərinə gətirdikdə kursor əl formasına çevrilir. Bu zaman mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar informasiya olan digər səhifəyə keçir. Hipermedia – hipermətnin geniş imkanlı formasıdır. Hipermedia sənədi qrafika, foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında Web-səhifə yaratdıqda onun istifadə etdiyi qrafika, şəkil, musiqi həmin sənədi daha effektiv edir.
Ana səhifə (Homepage) – Web-də işləmək üçün başlanğıc interfeysdir. Orada fayllara, sənədlərə və digər resurslara müraciət yerləşir.
Çat xidmətləri. Dünyanın ayrı-ayrı yerlərindəki insanlar öz aralarında ən müxtəlif mövzularda söhbətləşir. Bunun üçün onlar çat otaqlarından istifadə edir. Yahoo və Microsoft-un çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında işləyən çat geniş istifadə olunur. Windows Messenger, Yahoo Messenger, ICQ kimi proqramlar imkan verir ki, göndərilən məlumatlar ani olaraq istifadəçinin ekranına çıxsın.
İnternet başqa xidmətlər də təklif edir. Digər tərəfdən Telnet, Ftp, Gopher, WAIS kimi sistemlər mövcuddur.
TELNET- İnternet şəbəkəsinə qoşulan digər kompüterlərə daxil olmaq üçün istifadə olunur. TELNET kompüterlərin klaviaturası arxasında əyləşib uzaq məsafədə şəbəkə sistemlərinə (əgər uzaq məsafədəki kompüterlərin parolu məlumdursa) və yaxud kitabxana kataloqları və müxtəlif növ verilənlər bazası daxil olmaqla açıq serverlərə müraciət etməyə imkan verir.
File Transfer Protocol (faylların ötürmə protokolu – ftp) – İNTERNET-də faylların bir kompüterdən digərinə ötürülməsini təmin edir. Bu fayllar sənəd, fotoşəkil, proqram təminatı ola bilər. Fayl-serverin ünvanı ftp:// ilə başlayır. Dialoq pəncərəsi qarşısında DIR yazılanlar kataloqlar, file yazılanlar isə fayllardır. Kataloqlar üzərində mausun sol düyməsini basdıqda alt kataloq, mətn tipli faylın üzərində basdıqda isə onun məzmunu çıxır.
USENET sistemi (telekonfrans) informasiya mübadiləsində ümumi maraqları olan insanları telekonfrans vasitəsilə birləşdirir. Lakin burada elektron poçtunun əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi yeniliklərin oxunması xüsusi əlavəsindən də istifadə olunur.
Gopher - sənədlərin axtarışı və ötürülməsi üçün istifadə edilən şəbəkə protokoludur. Burada ünvan gopher:// sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətnsiz www-yə oxşayır. www-dən əvvəl bu sistem istifadə edilmişdir.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin