Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Ehtiyat enerji təminatı (elektrik qidalanma) sistemləri



Yüklə 2,49 Mb.
səhifə53/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Ehtiyat enerji təminatı (elektrik qidalanma) sistemləri

Elektrik enerjisinin qısamüddətli söndürülməsi zamanı informasiya itkisinin qarşısını almaq üçün daha etibarlı vasitə fasiləsiz qida mənbəyinin istifadəsidir. Özünün texniki və istehlakçı parametrlərinə görə müxtəlif olan müvafıq qurğular gərginliyin bərpa edilməsi və informasiyanın yaddaş qurğularında saxlanması üçün tələb olunan vaxt intervalında lokal şəbəkənin, ayrı-ayrı kompüterlərin və ya digər avadanlıqların qidalanmasını təmin edə bilər. 


Fasiləsiz qidalanma mənbələrinin əksəriyyəti, həmçinin gərginliyin sabitləşdirilməsi funksiyasını da yerinə yetirir. Bu isə informasiyanın emalı, saxlanılması, ötürülməsi sistemlərinə daxil olan texniki vasitələrin, üsulların, o cümlədən qurğu və avadanlıqların, əlavə olaraq, elektrik şəbəkəsində gərginliyin sıçrayışlarından qorunmanı təmin edir. Bir çox mühüm şəbəkə qurğuları (serverlər, konsentratorlar, körpülər və s.) məxsusi olaraq təkrarlanan elektrik qidalanması sistemləri ilə təchiz olunurlar. 
Adətən, böyük şirkətlər qəza halları üçün nəzərdə tutulmuş xüsusi elektrik generatorları və ya ehtiyat elektrik xətti quraşdırırlar. Əsas və ehtiyat xətlər müxtəlif elektrik altstansiyalarına qoşulurlar və onlardan biri (əsas) sıradan çıxdıqda elektrik təminatı digər altstansiyanın (ehtiyat) xəttindən həyata keçirilir. 

İnformasiyanın arxivləşdirilməsi və ehtiyat surətlərinin yaradılması sistemləri
Etibarlı və səmərəli arxivləşdirilmə sisteminin təşkili kompüter sistemlərində və şəbəkələrində informasiyanın qorunması, tamlığının, ona icazəli girişin təmin edilməsi və onun təcrid olunmasının qarşısının alınması üzrə ən vacib məsələlərdən biridir. Bir və ya iki server quraşdırılmış şəbəkələrdə arxivləşdirilmə sistemləri çox vaxt bilavasitə serverlərdə olan sərbəst slotlara quraşdırılır. Daha böyük korporativ şəbəkələrdə ayrıca xüsusiləşdirilmiş arxivləşdirmə serverinin təşkil olması daha məqsədəuyğun hesab olunur. 
Əlahiddə qiymətə malik olan arxiv informasiyasının saxlanması xüsusi qorunan otaqda təşkil olunmalıdır. Mütəxəssislər yanğın və ya digər təbii fəlakətlərin baş verməsinin mümkünlüyünü nəzərə alaraq, daha qiymətli məlumatların arxivlərinin ikinci surətinin başqa binada saxlanmasını tövsiyə edirlər. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin