Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə1/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)


Mühazirə 1. İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri.
Milli təhlükəsizlik və onun təmin edilməsində informasiya təhlükəsizliyinin rolu və yeri

Milli təhlükəsizlik – milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasımn təmin edilməsidir. 


Özündə şəxsin, təşkilatın, cəmiyyətin və dövlətin mühüm (həyat əhəmiyyətli) maraqlarının daxili və xarici təhdidlərdən qorunması vəziyyətini ehtiva edən təhlükəsizlik aşağıdakı komponentlərlə xarakterizə olunur (şək.l.1): 

  • personal; 

  • maddi və maliyyə vəsaitləri; 

  • informasiya. 


Yaranmış təhdidlər bu komponentlərdən birinə təsir etməklə digər komponentlər və bütövlükdə obyekt üçün təhlükə yaradır. İnformasiya təhdidləri isə obyektə və onun təhlükəsizliyinin digər komponentlərinə təsiri, bir qayda olaraq, onun informasiya mühitinə, o cümlədən informasiyasına və informasiya ehtiyatlarına təsir vasitəsilə həyata keçirir. 


“İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır: 

  • informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu; 

  • informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər; 

  • dövlət sirrinin aşkarlanmasına yönəlmiş qəsdlər;

  • digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi; 

  • informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər”. 

Göründüyü kimi, qanunda müəyyən edilmiş informasiya sahəsində Azərbaycan Respublikasının milli maraqları və milli təhlükəsizliyinə təhdidlər ümumi halda informasiya təhlükəsizliyinin baza prinsiplərini və onların pozulması formalarını özündə təzahür etdirir. 
Qeyd olunanlara uyğun olaraq, qanunun 20-ci maddəsində informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması məsələləri əksini tapmışdır: 
“Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir. 
Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:

  • Azərbaycan Respublikasında informasiyanın, həmçinin informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi; 

  • dövlət orqanları və vəzifəli şəxslər tərəfındən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanması; 

  • informasiya infrastrukturunun inkişaf etdirilməsi

  • dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi; 

  • kompüter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə; 

  • informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması”. 

Bu istiqamətdə növbəti rəsmi dövlət sənədi olan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” 23 may 2007-ci il tarixində təsdiq edilmişdir. Konsepsiyanın 43.11 saylı bəndində Azərbaycan Respublikasmm milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsizliyi siyasəti müəyyən edilmişdir. 
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. 
Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafıəsi sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatınm həyata keçirilməsi məqsədi ilə obyektiv və mühüm məlumatlar toplanılır.
Kəşfiyyat və əks-kəşfıyyat qabiliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində əsas məsələlərdəndir. Azərbaycan Respublikası öz kəşfiyyat və əks-kəşfıyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsini davam etdirəcəkdir.
İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədilə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər vətəndaşların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində demokratik nəzarəti təmin edəcəkdir”. 
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin formalaşması və inkişafı prosesində insan fəaliyyətinin bütün sahələrində müxtəlif informasiya–kommunikasiya texnologiyaları (İKT) işlənib hazırlanır və tətbiq edilir. İnformasiya və informasiya ehtiyatları insanın, cəmiyyətin və dövlətin inkişafının həlledici amillərindən birinə çevrilmişdir. İKT–nin, o cümlədən kompüter texnikasının geniş imkanları dövlət, iqtisadiyyat, sosial, müdafiə və digər sahələrdə obyekt və sistemlərin monitorinqi və idarə olunması proseslərini avtomatlaşdırmağa, bu proseslər haqqında böyük həcmdə məlumatları yüksək sürətlə almağa, toplamağa, emal etməyə və ötürməyə imkan verir. Beləliklə, tam əminliklə demək olar ki, bu gün informasiyalaşdırma bəşəriyyətin inkişafında müsbət həlledici rol oynayır. 
Qeyd etmək lazımdır ki, elmi nailiyyətlər, o cümlədən müasir informasiya texnologiyalarının imkanları heç də həmişə insanların, cəmiyyətin və dövlətin maraqları baxımından istifadə olunmur. Belə ki, ayrı-ayrı insanlar, təşkilatlar, dövlətlər və onların birlikləri tərəfındən öz maraqlarının ödənilməsi, eləcə də iqtisadi, kommersiya, hərbi qarşıdurmada ehtimal olunan rəqiblərinin maraqlarına əks–təsir (müqavimət) göstərmək məqsədilə informasiyanı, informasiya ehtiyatlarını, vasitələrini və texnologiyalarını əldə etməyə can atması təbiidir. 
Göründüyü kimi, informasiya, informasiya ehtiyatları və İKT rəqib tərəflərin maraqlarına müəyyən təhdidlər qismində çıxış edir. Qeyd olunan vəziyyət informasiya təhlükəsizliyi problemini doğurur. İnformasiya təhlükəsizliyinin konseptual və elmi metodiki əsasları son dövrlərdə işlənib hazırlanmağa başlanmışdır. Ona görə də, terminologiyanın dəqiqləşdirilməsi, informasiya təhlükəsizliyi probleminin elmi əsaslandırılması, bu sahədə həyati vacib maraqların və informasiya təhdidlərinin mənbələrinin təsnif edilməsi, informasiya təhlükəsizliyinin göstəriciləri, meyarları, normativləri, eləcə də digər xarakteristika və xassələri elmi-tədqiqat obyekti kimi gələcəkdə hələ çox tədqiqatların mövzusu olacaqdır. 
İnformasiya təhlükəsizliyi, informasiya təhlükəsi, informasiya təhdidləri, informasiyanın qorunması, informasiya maraqları, informasiya mühiti və s. baza anlayışlarının da daxil olduğu anlayışlar sisteminin yaradılması informasiya təhlükəsizliyi nəzəriyyəsinin yaradılmasının ilk məsələlərindən biridir. 
Qeyd etmək lazımdır ki, təhlükəsizlik heç də həmişə qoruma nəticəsində təmin edilmir. Belə ki, təhlükəsizlik obyektlərin uyğun davranış və qarşılıqlı əlaqə qaydalarına riayət olunması, yüksək peşəkar personalın hazırlanması, texnikanın işinin sazlığının və informasiya təhlükəsizliyi obyektlərinin fəaliyyətinin etibarlılığının təmin edilməsi yolu ilə əldə oluna bilər. 
Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqmda” qanunundan irəli gələrək aşağıda şəxsin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyi anlayışları verilir. 

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin