Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Şəxsin informasiya təhlükəsizliyi



Yüklə 2,49 Mb.
səhifə2/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Şəxsin informasiya təhlükəsizliyi – insanı əhatə edən informasiya fəzasına təsir etmək yolu ilə onun şəxsiyyətinə əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 
Cəmiyyətin informasiya təhlükəsizliyi - cəmiyyətin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 
Dövlətin informasiya təhlükəsizliyi - dövlətin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 
Sonda qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin təmin edilməsi üçün onun bütün istiqamətləri (iqtisadi, siyasi, sosial, hərbi, ekoloji. informasiya, elm, mədəniyyət və s.) üzrə təhlükəsizlik təmin edilməlidir. Aydındır ki, təhlükəsizlik bu istiqamətlər üzrə bir–birindən təcrid olunmuş şəkildə təmin edilə bilməz. 
Bu baxımdan informasiya təhlükəsizliyi istiqaməti milli təhlükəsizliyin digər istiqamətləri ilə sıx bağlıdır və onların tənıin edilməsinə bilavasitə təsir edir. Belə ki. qeyd olunduğu kimi, bütün fəaliyyət sahələrində idarəetmənin və qərar qəbuletmənin əsasını informasiya təşkil edir. Ona görə də informasiyanın saxlanılması, emalı, ötürülməsi və istifadəsi zamam onun təhlükəsizliyini təmin etmədən digər istiqamətlərdə milli təhlükəsizliyi təmin etmək mümkün deyil. 

İnformasiya təhlükəsizliyi sahəsində əsas anlayışlar
İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şərhinə keçməzdən əvvəl, informasiya cəmiyyətinin əsasını təşkil edən informasiya anlayışı haqqında məlumatın verilməsi zəruridir. Belə ki. informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə olunmasın. Burada informasiya anlayışı aşağıdakı kimi başa düşülür. 
İnformasiya – təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr, təzahürlər, proseslər və anlayışlar haqqında məlumatlar və biliklərdir. 
İnformasiya kompüterə daxil edilmiş verilənlər, proqram kodları, məktub, yaddaş qeydləri, işlər, düsturlar, sxemlər, çertyojlar, diaqramlar, məhsulun modelləri, prototiplər, dissertasiyalar, məhkəmə sənədləri və s. formalarda ola bilər. 
Öz şəxsi maraqlarını, o cümlədən iqtisadi, kommersiya və s. məqsədlərini reallaşdırmaq üçün insanlarda informasiyaya tələbat (ehtiyac) yaranır, həmin insanları informasiyanın istehlakçısı adlandırırlar. 

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin