FTP (File Transfer Protocol, faylların ötürülmə protokolu): faylların bir kompüterdən digər kompüterə ötürülməsinə xidmət edir.
SMTP (Simple Mail Transfer Protocol, elektron poçtla mübadilənin sadə protokolu): Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə olunur. Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (Internet Message Access Protocol) protokollarından istifadə etməlidir. Poçt müştərisi (poçt proqramı) – elektron poçtla işləmək üçün istifadəçinin kompüterində quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsoft Outlook, Outlook Express, Mozilla Thunderbird, The Bat!, Kmail və s.
ICMP (Internet Control Message Protocol): IP-marşrutizatorlara və şəbəkənin əsas kompüterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.
HTTP(Hyper Text Transfer Protocol) –Hipermətnlərin ötürülməsi protokolu.
İnternetdə resursların ünvanlanması. Domen adlar sistemi (DNS) Əgər şəbəkədə ayrı-ayrı kompüterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud olmasaydı, milyonlarla qovşaq kompüteri və milyonlarla istifadəçi arasında xaos baş verərdi. İnternetdə hər bir qovşaq kompüteri və istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur. Onların əsas təyinatı insanlara informasiyanın bir nöqtədən digərinə müvəffəqiyyətlə ötürülməsidir. İnternetdə xəbərlərin ötürülməsi paketlərin kommutasiyası vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan hissələrə bölünür. Hər bir paketdə 4 Kbaytdan artıq olmayan informasiya ötürülür. İnternetin ayrı-ayrı hissələri marşrutizatorlarla bir-biri ilə əlaqələndirilir. Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Şəbəkələr arası IP (İnternet Protocol) protokolu ünvanlaşdırmaya cavabdehdir və şəbəkədə paketlərin hərəkətini təyin edir. Şəbəkədə IP protokolundan əlavə TCP (Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə edilir. IP protokolu verilənlərin yalnız ötürülməsini təyin edir. Bütün prosesi isə TCP protokolu idarə edir. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirilir. Əgər xəbər qısadırsa TCP protokolundan əlavə UDP-User Datagram Protokolundan istifadə edilir.
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanı da adlanır), IP(İnternet protocol)ünvan və domen adlar DNS(Domain Name System). İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüter unikal ünvana malikdir. İnternetdə verilənlərin ötürülməsi üçün rəqəm və ad tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür. Bu ünvanlar oktet adlanan dörd hissədən ibarət olurlar. Məsələn, 104.24.74.190 . Belə yazı IP-ünvan adlanır. IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi İnternet mərkəzinin (Internet Network Information Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutizatora kompüterin hansı şəbəkəyə aid olduğunu göstərir. IP unvanlar soldan sağa oxunur. Rəqəm ünvanı kompüterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında çox zaman ad ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompüterlərə adlar verilir. İnternetdə kompüterlərin ünvanı Domain Name System (DNS) adlanan – domen adlar sistemindən istifadə olunur. DNS İnternetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompüterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir.
Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. Dunya üzrə 1-ci səviyyəli domenlərin verilməsini İCANN(internet Corporation for Assigned names and Numbers)
DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb, coğrafi zona və ya sahə üzrə təsnif olunur.