Mühazirə İnformatika və onun əsas anlayışları


İnformasiyanın kodlaşdırılması



Yüklə 24,96 Kb.
səhifə3/4
tarix22.04.2023
ölçüsü24,96 Kb.
#101583
növüMühazirə
1   2   3   4
muhazire1

İnformasiyanın kodlaşdırılması.Kompüter yalnız rəqəmlərlə olan informasiyanı işlədə bilir və ona görə də kompüterin yaddaşında rəqəmlərdən başqa heç bir simvol olmur.İstənilən informasiya səs,mətn,şəkil və s.kompüterə daxil edilərkənvahid standart formaya salınır.Daha doqrusu, bütün nov informasiyalar kompüterin yaddaşında yalnız iki işarə -0 və 1 rəqəmləri ilə ifadə olunmuş formada saxlanılır.kompüter 0 və 1-dən başqa heç bir rəqəm tanımır.Əgər elektron yaddaşı açıb baxsaq,orada 0 və 1-dən başqa heç bir simvol görə bilmərik.
Kodlaşdırma bir işarələr toplusunun başqa işarələr toplusu ilə əvəz edilməsidir.Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir.Bunun üçün istifadə olunan rəqəmlərə isə kodlar deyilir.İxtiyari informasiyanı saxlamaq və ötürmək üçün onu kodlaşdırmaq lazımdır.Eyni bir informasiyanı müxtəlif cür kodlaşdırmaq olar.2-lik kodlaşdırma aşağıdakı qaydalara əsaslanır.
1)Hərf və simvolların 2-lik kodu eyni sayda 2-lik vahidlərdən ibarət olmalıdır.
2)İki müxtəlif simvolun ikilik kodu da müxtəlif olmalıdır.
Hər bir ikilik kod onun təsvirindəki 2-lik vahidlərin sayı qədər bit informasiyaya malik olmalıdır.Yəni üç ikilik vahidlə 8 simvolu, dörd ikilik vahidlə 16 simvolu,k sayda ikilik vahidlə isə 2k sayda simvolu kodlaşdırmaq olar.İnformasiyanın kodlaşdırılması nizamsız qaydada aparıla bilməz.Bu səbəbdən kodlaşdırma bütün dünyada qəbul edilmiş universal kod sistemləri ilə aparılır.MSDOS sistemnində ən çox istifadə olunan kodlaşdırma ASCİİ(American Standart Code For İnformation İnterchange –informasiya mübadiləsi üçün standart amerika kodu)standartıdır.Bu zaman hər simvol 8 ikilik kodla kodlaşdırılır.Belə kodlaşdırma 28=256 sayda simvolu kodlaşdırmağa imkan verir.Əlifbanın böyük və kiçik hərflərini, kompüterdə istifadə olunan bütün işarələrin hər birinin ayrı kodunun olmasını nəzərə alsaq,bu rəqəmin kifayət qədər böyük olmadığı aydın olar.Ona görə də windows əməliyyat sistemində Unicode-dan istifadə olunur.Burada hər simvol 2bayt ,yəni 16 ikilik vahidlə kodlaşdırılır ki, bu da 216 =65536 sayda simvolu kodlaşdırmağa imkan verir.
Mətn tipli informasiyanın kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır.Lakin əsas standart ASCİİ standartıdır.Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir.

  1. Hər biri 1bayt təşkil edən 256koddan ilk 32-si (0-dan 31-dək)kompüter ,printer və başqa qurğuların istehsalçılarına verilmişdir.Onlar bu kodları istədikləri əməliyyatlar üçün təyin edirlər.Məs.bütün kompüter sistemlərində 13 kodu abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.

  2. Qalan kodlar cədvəli iki hissıyə bölür.32-dən 127-ə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir.Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və kiçik hərfləri və s. daxildir.

  3. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər.Milli əlifbalar üçün nəzərdə tutlmuşdur.

Yuxarıda şərh etdiyimiz simvolların kodlaşdırılması ilə bağlı bir neçə məsələyə baxaq:

Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin