2. İnformasiya prosesləri,informasiyanın ölçü vahidləri və kodlaşdırılması.
İnformasiya proseslərinə informasiyanın toplanması,ötürülməsi,saxlanması,emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.İnformasiyanın toplanması adi halda insan tərəfindən,avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi toplanan informasiyanın emal edilməsi üçün o,emal vasitələrinə ötürülməlidir.Adi halda informasiyanın emalı insan tərəfindən,avtomatlaşdırılmış halda isə kompüterlər tərfindən aparılır.İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər.Yaxın məsafəli ötürmələrdə kabellərdən,uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından istifadə edilir.Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem adlanan cihazdan istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır.İnformasiya daşıyıcısı kimi kağızdan,perfolentdən,perfokartdan,maqnit lentindən,müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlarından istifadə olunur.
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən ,avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır.İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulmuş məsələnin həlli deməkdir.Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmdən və proqramdan istifadə edilir.İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçiyə çatdırılır.avtomatlaşdırılmış üsulla emal olunan informasiya istifadəşilərə adətən kompüterin xaricetmə qurğuları ilə (monitor,printer,plotter) mətn,cədvəl,qrafik və s.şəklində çatdırılır.