Mühazirə İnformatika və onun əsas anlayışları



Yüklə 24,96 Kb.
səhifə4/4
tarix22.04.2023
ölçüsü24,96 Kb.
#101583
növüMühazirə
1   2   3   4
muhazire1

Məsələ 1. Məlumatın yazılması üçün hər səhifədə 25 sətir olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa,həmin məlumatın həcmi nə qədərdir?
İzahı: İstənilən mətn sənədindəki simvolların sayını tapmaq üçün belə bir düsturdan istifadə edə bilərik.
Ümumi simvolların sayı = səhifə sayı * sətir sayı * simvol sayı
Deməli düstura əsasən tapa bilərik ki, bizim məlumatımızda 25*3*60=4500 simvol var. Standart qaydaya əsasən məsələdə heç bir kod sisteminin adı verilmədikdə 1simvol = 1bayt kimi qəbul edilir.Beləliklə, 4500 simvol yaddaşda 4500 bayt yer tutacaqdır.
Məsələ 2. Unicode standartı ilə yazılmış kitabda 1 səhifədə 32 sətir, hər sətirdə 64 simvol var. 80 kbayt ümumi həcmi olan kitabda neçə səhifə var?
İzahı: Səhifə sayı məlum olmadığından onu X kimi qəbul edək. SSənəddəki simvolların ümumi sayı yuxarıda qeyd etdiyimiz düstura əsasən X*32*64 olacaqdır. Unicode sistemində 1 simvolun yaddaşda tutduğu yer 2 bayt olduğundan bütün sənədimiz yaddaşda x*32*64*2 bayt yer tutar.Məsələdə verilənlərə əsasən sonuncu tapdığımızı 80kbayta bərabərləşdirsək,
X*32*64*2bayt=80kbayt
X= = =20
İnformasiya miqdarının ölçü vahidi. Əşyanın ağırlığını, yolun uzunluğunu, havanın temperaturunu ölçdüyümüz kimi informasiyanın da tutumunu ölçmək olar.Bu zərurət əsasən informasiya proseslərinin avtomatlaşdırılması zamanı meydana gəlmişdir.Kompüterdə emal olunan, saxlanılan informasiya 0 və 1 ikilik( binary) rəqəmlərinin köməyilə kodlaşdırılır.Bu rəqəmlərin seçilməsi heç də təsadüfi deyildir.Kompüter bildiyimiz kimi elektrik cərəyanı ilə işləyən qurğudur.Elektrik siqnallarının da iki vəziyyəti ola bilər: siqnal var -1 və siqnal yox -0. Kompüterə daxil olunan, orda saxlanan, emal edilən, bir sözlə kompüterdəki bütün informasiya bu iki rəqəm vasitəsilə təsvir olunmalıdır.Kompüter başqa simvolları tanımır.Məsələn, klaviaturadan daxil edilmiş hər hansı bir “A” simvolunu kompüter “01000001” kimi “anlayır”.İnformasiyanın tutumunun ölçülməsi zamanı bu ikilik rəqəmlər etalon kimi qəbul edilmiş və nəticədə informasiyanın ən kiçik ölçü vahidi Bit (Binary digit) meydana gəlmişdir.Deməli, minimal ölçü vahidi olan “bit” dedikdə kompüterin yaddaşında təsvir olunmuş hər hansı “0” və “1” nəzərdə tutulur.
Kodlaşdırılmışi nformasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş hissələrində saxlanır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız bir dənə ikilik rəqəm 0 və ya 1 yerləşə bilən mərtəbələrdən ibarətdir.Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir.Bu mərtəbələrə ikilik mərtəbələr də deyirlər. Oyuqdakı mərtəbələrin sayına maşın sözü və ya oyuğun uzunluğu deyilir.Oyuğun ən yüksək mərtəbəsi işarə mərtəbəsi olur və ədədin işarəsi mənfi olduqda həmin mərtəbəyə 1 və müsbət olduqda isə 0 yazılır.Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit deyilir.Yaddaş qurğusunda yazıla bilən innformasiyadakı bitlər sayına informasiyanın həcmi deyilir.Maşın sözünün uzunluğu EHM-in konstruksiyasından asılıdır.Kompüterin mühüm komponenti olan prosessor da yaddaş qurğusu kimi oyuqlardan ibarətdir.Ancaq bu oyuqlarda verilənlər saxlanılmır, emal olunur.Prosessorun oyularını registrlər adlandırırlar.Registrlər müxtəlif mərtəbəli olurlar.Məsələn, 8 mərtəbəli registrlərdə 8bit yəni 1bayt informasiya, 16 mərtəbəli registrlərdə isə 2bayt həcmində informasiya yerləşir. İki bayt birlikdə bir maşın sözü adlanır. 32 mərtəbəli registrlərdə 4bayt (iki maşın sözü) yerləşir.
Bit çox kiçik məntiqi cəhətdən bölünməz vahid olduğundan əsas ölçü vahidi kimi baytdan istifadə olunmuşdur.İnformasiyanın həcmi artdıqca bayt da kifayət etməmiş, daha böyük ölçü vahidi formalaşdırılmışdır. Bu ölçü vahidləri və onlar arasında əlaqələri aşağıdakı kimi təsvir etmək olar:
1bayt=8bit
1kbayt=1024bayt=210bayt
1mbayt=1024kbayt=220bayt
1Gbayt= 1024mbayt=230bayt
1Tbayt= 1024Gbayt=240bayt




Ebayt

Pbayt

Tbayt

Gbayt

Mbayt

Kbayt

Bayt

bit

1bayt






















23

1kilobayt



















210

213

1meqabayt
















210

220

223

1gigabayt













210

220

230

233

1terabayt










210

220

230

240

243

1petabayt







210

220

230

240

250

253

1eksabayt




210

220

230

240

250

260

263

1zetabayt

210

220

230

240

250

260

270

273

Məsələ1. 2kb52b – 1100b + 192bit ifadəsinin nəticəsi neçə kilobaytdır?


İzahı: Verilmiş yaddaş vahidləri üzərində əməliyyatlar apara bilmək üçün onları eyni bir vahidə gətirmək tələb olunur. Verilmiş ifadəyə əsasən bütün ifadələrin asanlıqla bayta keçirməyin mümkün olduğunu görürük:
2kb52b = 2* 1024 + 52b = 2100b 192bit : 8 =24b 2100b – 1100b + 24b = 1024b=1kb
Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin