MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


MÜHAZİRƏ 5. BILIKLƏRIN TƏQDIM EDILMƏSI MODELLƏRI. QEYRI-



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   2   3   4   5   6   7   8   9   ...   18
Toplu QQM

MÜHAZİRƏ 5. BILIKLƏRIN TƏQDIM EDILMƏSI MODELLƏRI. QEYRI-

FORMAL MODELLƏR.

 

 



 

 Biliklərin  təqdim  olunma  modeli  ümumi  formada  şərti  olaraq  konseptual  və  empirik 

hissələrə bölünür.

 

 



 


 Konseptual model problemin həlli üçün evristik metod təqdim edir. Metod evristikdir, 

bir  halda  ki,  konseptual  təsvir  onun  uyğun  praktiki  vəziyyətlərdə  tətbiqinə  təminat  vermir. 

Konseptual model problemi müəyyən edir, onun qabaqcadan analizi üçün sərf olunan vaxtın 

azalmasını mümkün edir.

 

 

 



 Konseptual  modelin  praktiki  istifadəsi  onun  empirik  modelə  dəyişdirilməsinin 

zəruriliyini  yaradır.  Biliklər  bir  qayda  olaraq  təsviredici  xarakter  daşıyan  empirik  modellər 

şəklində yığıla bilər. Bu modellər sadə qaydalar toplusundan tutmuş qərar qəbul edən şəxsin 

məsələnin həll etməsinin tam təsvirinə kimi şəklini dəyişə bilər.

 

 

 



 Biliklərin təqdim olunmasını şərti olaraq deklarativ və prosedur modellərə bölmək olar.

 

 



 

 Biliklərin  təqdim  olunmasının  deklarativ  modeli  hər  hansı  tədqiqat  sahəsinin 

probleminin  təsviri  bu  biliklərin  necə  istifadə  olunmasından  asılı  olmayaraq  təxminlərə 

əsaslanaraq həll olunur. Buna görə də model iki hissədən ibarətdir: biliklərin quruluşunun statik 

təsvirlərindən  və  bu  quruluşlarla  əməliyyat  aparan  və  praktiki  olaraq  onların  məzmunca 

dolmasından  asılı  olmayaraq  çıxış  mexanizmindən.  Bununla  yanaşı  hansısa  səviyyədə 

göstərilən təqdimolunma formalarının universal olması ilə müəyyən üstünlüyü olan biliklərin 

sintaktik və semantik aspektləri fərqləndirilir.

 

 Deklarativ modellərdə yerinə yetirilən prosedurların təsviri açıq şəkildə saxlanılmır. Bu 



modellər  təqdim  edilmələrin  çoxluğunu  ifadə  edir.  Tədqiqat  sahəsinin  vəziyyəti  (mümkün 

qədər dolğun) sintaktik şəkildə təsvir olunur. Nəticənin çıxarılışı əsasən vəziyyətlər məkanında 

axtarış prosedurlarına əsaslanır.

 

 



 

 Prosedur təqdimatda biliklər prosedurlarda  –  xüsusi hərəkətlərin (xüsusi vəziyyətlərdə 

necə davranmalı) necə görünməsini müəyyən etməli olan, elə də böyük olmayan proqramlarda 

saxlanılır. Bununla yanaşı mühit və ya obyektlərin realizəsi üçün bütün mümkün vəziyyətlərin 

çıxışını təsvir etməmək də olar. Vəziyyət və hərəkətlərin vacib təsvirin generasiyası olan bir 

neçə ilkin vəziyyətlər və prosedurları saxlaması kifayətdir.

 

 

 



 Biliklərin  prosedur  təqdimatında  semantika  bilavasitə  təsvir  olunan  BB-nin 

elementlərinə axtarış qərarlarının effektivliyinin yüksəlişi hesabına yerləşdirilib. Statik BB-nin 

prosedur hissəsi ilə  müqayisədə semantikada axtarış qərarlarının effektivliyi aşağıdır. Onlar 

“dəyişməyən aksiomları” deyil, istənilən vaxt dəyişiklik edilə və ya silinə bilən, hal-hazırda 

istifadə  olunan  “müddəalar”ı  saxlayırlar.  Çıxışın  ümumi  bilik  və  qaydaları  lazımi  qədər 

aktivləşən, xüsusi məqsədyönlü prosedurlar formasında təqdim olunurlar.

 

 

 



 Prosedurlar bir-birilərini aktivləşdirə bilərlər. Onların icraları kəsilə və sonradan bərpa 

oluna bilər. Verilənlərin daxil edilməsi, dəyişiklik və ya silinməsi əməliyyatını yerinə yetirən 

zaman aktivləşən “demon” prosedurların istifadəsi mümkündür.

 



 

 

 Prosedur modellərdə çıxış generasiyasının effektivliyinin yüksəldilməsi vasitəsi tətbiq 



haqqında  biliklər  sisteminə  əlavələrdir,  yəni  konkret  məsələnin  həlli  üçün  biliklərin 

cəmlənməsinin  istifadəsidir.  Bu  biliklər  bir  qayda  olaraq  həm  də  prosedur  formada  təqdim 

olunur.

 

 



 

 Prosedur  modellərin  biliklərinin  təqdim  olunmasının  əsas  üstünlüyü  tətbiq  haqqında 

əlavə biliklərin daxil edilməsi və eyni zamanda onların birliyini zəiflədən çıxış mexanizminin 

böyük  effektivliyindədir.  Digər  əsas  üstünlüyü  isə  onun  təsiredici  gücündədir.  Prosedur 

sistemlər istənilən biliklərin təqdimolunma modelini yaratmağa qadirdir. Prosedur sistemlərin 

təsiredici gücü prosedur sistemlərdə realizə olunan genişləndirilmiş çıxış sistemlərində özünü 

göstərir.

 

 



 

 Sonda onu da qeyd etmək lazımdır ki, biliklərin təqdimolunma modellərini deklarativ 

və  prosedur  modellərə  bölmək  şərtidir,  belə  ki,  real  sistemlərdə  biliklərin  təqdim  olunması 

yuxarıda qeyd olunan biliklərin təqdimolunma formalarında element və uyğunluqlarından eyni 

səviyyədə istifadə olunur.

 

 



 

 İntellektual  sistemlərin  layihələşdirilməsinin  mərhələləri.  İntellektual  sistemlərin 

layihələşdirilməsi  dedikdə  təqdqiqat  sahəsində  biliklərə  sahib  və  sistemin  yaradılmasına 

kömək etməyə hazır olan ekspert, həmçinin süni intellekt sahəsində çalışan biliklər mühəndisi

analitik və proqramçıların iterativ (çoxdəfəli) və təkamül proseslərində iştirakı başa düşülür. 

Görüləcək işlərin həcmi və zəhmətindən asılı olaraq qrup 3-6 nəfərdən ibarət ola bilər.

 

 

 



 Tədqiqat  sahəsinin  analizindən  və  bu  sahəyə  intellektual  sistemlərin  məqsədəuyğun 

tətbiqinin müəyyənləşdirilməsindən sonra bilavasitə sistemin layihələşdirilməsinə keçilir.

 

 

 



 İntellektual  sistemlərin  layihələşdirilməsi  mərhələlərinin  sayına  müxtəlif  baxışlar 

mövcuddur.  Bu,  bir  çox  faktordan,  əsasən  də  yaradılacaq  intellektual  sistemin 

funksiyalarından,  onun  istifadə  olunacaq  sahəsindən,  inkişaf  etmiş  alət  vasitələrinin 

mövcudluğundan və s. asılıdır.

 

 

 



 Süni intellekt sisteminin hazırlanması prosesi beş mərhələyə (şəkil 6) ayrılır:

 

Verilən 



məsələlərin  və  onların  xarakteristikalarının  müəyyənləşdirilməsinin 

identifikasiyası  (eyniləşdimə).  Bu  mərhələdə  həll  olunacaq  məsələlərin  xarakteristikaları  və 

xüsusiyyətləri müəyyənləşdirilir. Layihələşdirilən sistemə texniki məsələlər hazırlanır. Daha 

sonra  sistemin  istifadəçilərinin  dairəsi  müəyyənləşdirilir.  Bu  məlumatlar  gələcəkdə 

ekspertlərin  bilik  sahəsini,  sistemin  funksiyalarını  və  nəticə  olaraq  lazım  olan  biliklərin 

səviyyəsini müəyyən etməyə imkan verir. Nəticədə müəyyən tələblər yaranır.

 



Tədqiqat sahəsinin ekspertlərinin biliklərinin dairəsini əks etdirən əsas konsepsiyalarının 

müəyyənləşdirilməsi.  Bu,  qərar  qəbulu  prosesində  ekspertin  işlədiyi  biliklərin  tipini  analiz 

etməyə imkan verir. Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə uyğun olan 

biliklərin  təqdim  olunmasının  və  qərar  qəbul  etmə  prosedurunun  rəsmi  vasitələrini 

müəyyənləşdirir.  Beləliklə,  bu  mərhələnin  yerinə  yetirilməsi  nəticəsində  tədqiqat  sahəsi 

haqqında ekspert biliklərinin təqdimatı sxeminin xarakterinin seçimini müəyyən edən məfhum 

meydana gəlir və formalaşır.

 

 



Şəkil 5. Intellektin layihələşdirilməsi mərhələləri

 

 



 

Biliklərin  təqdimatı  və  qərarların  çıxış  mexanizminin  müəyyənləşdirilməsinin 

rəsmiyyətinin  seçilməsi.  Sistemin  layihələşdirilməsində  qoyulan  məsələnin  həllinə 

modelləşdirmə komponentləri əhəmiyyətli dərəcədə təsir göstərir. Biliklərin təqdim olunması 

üçün  hazırlanan  quruluş  növbəti  mərhələnin  –  BB  sisteminin  yaranması  mərhələsinin 

reallaşdırılmasının bilavasitə əsasını təşkil edir.

 

BTD-nin  seçilməsi  və  ya  hazırlanması.  Seçilmiş  təqdimolunma  dilində  qaydaların 



hazırlanması və təqdim olunmasından sonra onlar, yəni qaydalar, biliklər mühəndisi tərəfindən 

BB-yə yerləşdirilir.

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin