xlorid məhlulunun elektrik keçiriciliyinə bərabər olur. Ekvivalent nöqtəsindən
sonra əlavə olunmuş turşu məhlulda H
+
və Cl
‾
ionlarının ümumi sayını artırır.
Xüsusən yüksək mütəhərrikli H
+
ionlarının əmələ gəlməsi məhlulun
elektrik keçiriciliyinin yenidən yüksəlməsinə səbəb olur. Əgər natrium
hidroksidin elektrik keçiriciliyinin məhlula əlavə edilmiş xlorid turşusunun
miqdarından asılılıq qrafiki qurulsa, bir nöqtədə kəsişən iki düz xətt alınar.
Zəif turşunu qüvvətli əsas ilə titrləyəndə yaxşı dissosiasiya edən duz əmələ
gəldiyindən (yəni,ionların sayı artdığından) elektrik keçiriciliyi artır. Ekvivalent
nöqtə əmələ gələn duzun elektrik keçiriciliyinə uyğun gəlir
Qələvinin artıq miqdarı məhlula əlavə ediləndə sistemin elektrik keçiriciliyi
daha kəskin artır.
Əyridə olan iki kəsişmə nöqtəsi müvafiq olaraq iki ekvivalent nöqtələrinə:
birinci qüvvətli turşunun, ikinci isə zəif turşunun neytrallaşmasına uyğun gəlir.
Ümumi halda titrləmə əyrisi və onun düz xətləri arasında olan bucaq
maddənin dissosiasiya dərəcəsindən və məhlulda olan ionların ekvivalent elektrik
keçiriciliyindən asılıdır. Elektrik keçiriciliyi temperaturdan asılı olduğu üçün
konduktometrik titrləməni sabit temperaturda aparmaq lazımdır.
Elektrod
–
elektron keçiricisi olub qarşı tərəfdə yerləşən elektrodla
bilrikdə aralarındakı mühitə təsir edir. Elektrodlar çox hallarda metaldan və ya
qrafitdən düzəldilir. Onlar elektrik cərəyanını ötürmək üçün tətbiq edilirlər.
Həmçinin kimyəvi reaksiyaların aparılmasında da elektrodlardan istifadə edilir.
Məsələn, batareyadan sink elketrodundan ayrılan ionlar məhlula keçdikdə cərəyan
yaradırlar. Müsbət yüklü elektrod
anod, mənfi yüklü isə
katod adlanır.
Öz duzu ilə hazırlanan məhlula salınmış metallik lövhəni nəzərdən keçirək.
Məsələn, sink sulfat məhluluna salınmış sink lövhə. Sink ionları metaldan
məhlula keçdikləri üçün sink lövhə mənfi, məhlul isə müsbət yüklənir. Məhlula
keçən ionlar əks yüklü lövhə tərəfindən cəzb olunur və iki faza sərhəddində ikiqat
elektrik təbəqəsi yaranır ki, bu da metal məhlul sərhəddində sıçrayışa səbəb olur.
Belə potensial sıçrayışa
elektrod potensialı deyilir.
Mis – sulfat məhluluna mis lövhə salanda mis ionları məhluldan lövhəyə
keçir. Bunun nəticəsində mis lövhə müsbət, məhlul isə mənfi yüklənir. Bu halda
da əmələ gələn ikiqat elektrik təbəqəsi potensial sıçrayışa səbəb olur.
Zn – ZnSO
4
və CuSO
4
sistemlərində yaranan tarazlıq
Zn ⇄
Zn
Dostları ilə paylaş: